Bülbülün xatirəsi yad olundu

 

   Sentyabrın 26-sı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirə günü idi. Böyük sənətkarın vəfatından 52 il ötdü. Həmin gün mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri, müğənninin ailə üzvləri Fəxri xiyabana gələrək dahi sənətkarın məzarı üstünə tər çiçəklər qoyub, xatirəsini yad ediblər.

   Sənətkarın oğlu, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə anım mərasiminə gələnlərə minnətdarlığını bildirib. Qeyd edib ki, vəfatından illər ötsə də, Bülbülün adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Azərbaycan dövləti Bülbül sənətinə hər zaman yüksək qiymət verib, sənətkarın xatirəsi əbədiləşdirilib, Bakıda abidəsi ucaldılıb.

   Anım mərasimi Bülbül Fondunda ehsan süfrəsi ilə davam etdirilib.

 

Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 11.