Arşın mal alanKrım-tatar teatrında

 

   Üzeyir HacıbəylininArşın mal alanoperettası bugünlərdə Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində, Krım-Tatar Akademik Musiqili-Dram Teatrının səhnəsində göstərilib.

   Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarının bu əsəri Ukrayna tamaşaçısına əvvəllər təqdim olunub, Krım-tatar teatrının repertuarına daxil edilib. Bu, teatrın bədii rəhbəri direktoru Bilal Bilalovun, Krımda azərbaycanlı diasporunun rəhbərlərindən olan Rəhim Hümbətovun xoş niyyəti sayəsində mümkün olub.

   Tamaşanı izləyən Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Asim Osmanov Simferopol teatrının rəhbərliyinə və yaradıcı kollektivinə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 12.