Ocaq” Azərbaycan mədəniyyətindən söz açır

 

   Estoniyanın “R4” dalğalarında efirə gedən “Ocaqradio verilişi yay mövsümündən sonra ilk buraxılışını Azərbaycan musiqisinə həsr edib. Verilişdə milli incəsənətimizin incisi sayılan muğamdan, xalq musiqimizdən (“Sarı gəlin”), cazestrada musiqisindən söhbət açılıb, nümunələr səsləndirilib.

   Həmçinin Narva şəhərində yaşayan gənc azərbaycanlı müğənni Almaz Rüstəmovanın yaradıcılığından bəhs edilib. Almaz Rüstəmova uşaq yaşlarından yaradıcılığa başlayıb və NarvadaLittle Jazz bandcaz orkestrində çıxış edib. 2007-ci ildə isə Estoniyada keçirilmişTahtede laul” (“Ulduzların mahnısı”) Beynəlxalq musiqi festivalında 2-ci yerə layiq görülüb.

   Ocaqverilişi 2010-cu ildən etibarən “R4” dalğalarında efirə gedirgeniş dinləyici kütləsinin rəğbətini qazanıb. Verilişin baş redaktoru Sənəm Əliyevadır.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 6.