“Böyük
ömrün dastanı”
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı sentyabrın 12-də yeni mövsümü Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı musiqili ədəbi-bədii kompozisiya ilə açıb.
“Azərsun Holdinq”in mədəniyyət mərkəzində nümayiş olunan kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artisti Yadigar Muradov və başqaları çıxış edərək teatrın keçdiyi tarixi yola bir daha nəzər salıb, qazanılmış uğurları ətraflı təhlil edib, qarşıda duran vəzifələrdən söz açıblar.
Bildirilib ki, Azərbaycan teatrları sırasında ilk olaraq mövsümü açan Şuşa Dövlət Musiqili Dram Teatrı bu mövsümdə də tamaşaçılara yeni layihələr təqdim edəcək.
Musiqili ədəbi-bədii
kompozisiyada Əməkdar artist
Şükufə Musayeva, Püstəxanım
Zeynalova, Aybəniz Əhmədova, Nazir Rüstəmov, Xanirə İsgəndərova,
Etibar Cəfərov, Rasəf Mehdiyev, Məmməd Məmmədov, Dürdanə
Dünyamalıyeva, Zəhra Salayeva və
Sərdar Gözəlov rol alıblar.
Səhnə əsəri alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2013.- 13
sentyabr.- S. 7.