Ölkəmizdə turizmin inkişafı üçün böyük potensial var

 

   Prezident İlham Əliyev: “İndi dünyada turistləri cəlb etmək üçün ölkələr arasında rəqabət gedir. Azərbaycanın gözəl təbiəti, iqlimi var, görməli yerləri çoxdur. Yeni infrastruktur yarandıqda, əlbəttə ki, turistlərin sayı daha da artacaq

  

   “Naftalanı dünya səviyyəli kurort şəhərinə çevirməliyik”

  

   “Vaxtilə Naftalan ümumittifaq kurortu olmuşdur. Burada fəaliyyət göstərən sanatoriyalar on minlərlə insana xidmət edirdi. Sovet İttifaqının müxtəlif yerlərindən buraya böyük bir axın var idi. İndi burada yeni istirahət mərkəzləri açılır. Biz Naftalanı dünya səviyyəli beynəlxalq kurort şəhərinə çevirməliyik”.

   Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalanda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

   Qeyd edək ki, ölkə başçısı 2011-ci ildə NaftalandaÇinarQaşaltısanatoriyalarının açılışında iştirak edib. Prezident budəfəki səfəri zamanıQarabağ” hotel-sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olub. Tikintisinə 2012-ci ildə başlanılan beşmərtəbəli sanatoriyada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur.

   Dövlət başçısı qeyd edib ki, “Qarabağhoteli işə düşəndən sonra burada artıq ən yüksək dünya standartlarına cavab verən üç böyük istirahət mərkəzi olacaq: “Beləliklə, biz Naftalanın keçmiş şöhrətini daha da yüksək səviyyədə, daha da müasir keyfiyyətli səviyyədə bərpa edəcəyik. Şəhərin inkişafı üçün bundan sonra da bütün lazımi tədbirlər görüləcək, dövlət vəsaiti ayrılacaq. Naftalan Azərbaycanda turizm mərkəzlərindən birinə çevrilir”.

   Prezident vurğulayıb ki, ölkəmizdə turizmin inkişafı üçün böyük potensial var: “Ölkəmizin gözəl təbiəti, iqlimi vardır. Görməli yerlər çoxdur. Artıq Azərbaycanda bir neçə turizm mərkəzi formalaşır. Əlbəttə ki, birinci mərkəz Bakı şəhəridir. Bakı şəhərində son iki il ərzində beşulduzlu altı hotel istifadəyə verilmişdir. Heç bir başqa şəhərdə iki il ərzində beşulduzlu altı hotel açılmır. Naftalanda artıq üçüncü hotel təmir edilir. Şahdağkurort zonasında altı hotel fəaliyyət göstərəcəkdir. Üç beşulduzlu hotel bu mövsüm üçün hazır olacaqdır.

   Qəbələ turizm mərkəzinə çevrilibdir. Şəki, Lənkəran, Qalaaltı - vaxtilə məşhur bir turizm yeri idi, orada müalicəvi su böyük əhəmiyyətə malikdir - o da bərpa edilir. Yəni ölkəmizin müxtəlif yerlərində istənilən müalicəni almaq üçün imkanlar vardır. Yeni infrastruktur yarandıqda əlbəttə ki, turistlərin sayı daha da artacaqdır”.

   Yeni hotellərə gələn turistlərin sayının artdığını diqqətə çatdıran dövlət başçısı bu sayın daha artması üçün reklam işinin düzgün qurulmasının önəmini qeyd edib: “Çünki indi dünyada turistləri cəlb etmək üçün ölkələr arasında rəqabət gedir. Yəni turistlərin gəlişi, əlbəttə ki, hər bir ölkənin iqtisadiyyatına bir töhfə olur. Mən inanıram ki, yaxın gələcəkdə Naftalan haqqında dünyada çox geniş məlumat olacaqdır. Əlbəttə ki, burada xidmətin səviyyəsi yüksək bütün infrastruktur gözəl olmalıdır”.

 

   Şəmkirdə bərpa edilən Lüteran kilsəsi alman turistlərin marağına səbəb ola bilər

  

   Sentyabrın 10-da Prezident İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olub.

   Qeyd edək ki, XIX əsrin əvvəllərində Almaniyadan, o vaxtkı Vürttemberq Krallığından Cənubi Qafqaza, həmçinin Azərbaycan ərazisinə alman icması köç edib. Almanlar Azərbaycanın qərb bölgəsində səkkiz yaşayış məntəqəsi, o cümlədən indiki Şəmkir rayonu ərazisində Annenfeld, Georsfeld kimi yaşayış məntəqələri salmışdılar. Vaxtilə almanlar tərəfindən inşa edilən tikililərin, digər memarlıq nümunələrinin qorunub saxlanması Azərbaycan xalqının tarixi irsə olan hörmətinin bariz nümunəsidir. Bir neçə il öncə Göygöl (keçmiş Helenendorf) şəhərindəki 1850-ci illərə aid alman kilsəsi təmir-bərpa olunub bölgəyə səfər edən alman turistlər bu tarixi binaya böyük maraq göstərirlər.

   Şəmkirdəki Lüteran kilsəsinin bərpası əsaslı təmiri Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib.

   Dövlət başçısına məlumat verilib ki, kilsədə bərpa işlərinə 2012-ci ilin mayında başlanılıb, bu ilin iyulunda sona çatdırılıb. 1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə uzun illərdən sonra yenidən bərpa olunub, ərazisi abadlaşdırılıb park salınıb. Parkda rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb, uşaq attraksionları quraşdırılıb. Binada müxtəlif dini ayinlərin təşkili üçün zal da var.

   Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun həyata keçirdiyiTolerantlığın ünvanı - Azərbaycanlayihəsi çərçivəsində aparılan yenidənqurma işləri tarixi keçmişimizə dini-mənəvi dəyərlərimizə himayədarlıq missiyasının daha bir əyani nümunəsidir. Şəmkirdə əsaslı bərpa olunan Alman Lüteran kilsəsi bu amala xidmət edir.

   Kilsə ilə tanış olan Prezident İlham Əliyev burada quraşdırılan orqanın müşayiəti ilə xor kollektivinin çıxışını dinləyib.

  

   “Excelsior Shamkirhoteli qonaqları qəbul etməyə hazırdır

  

   Prezident İlham Əliyev Şəmkir şəhərində “Excelsior Hotel Shamkirmehmanxanasının açılışında da iştirak edib.

   Mehmanxana standart, qoşa çarpayılı böyük çarpayılı 63 otaqdan ibarətdir. Bütün nömrələrdə ən yüksək səviyyədə istirahət üçün hər cür şərait yaradılıb. Ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunan otaqların dizaynında Şəmkirin qədim xalçalarının ornamentlərindən istifadə olunub. Müasir havalandırma sistemi ilə təchiz edilmiş mehmanxana binasında restoran, bar, iclas zalı, SPA, masaj otaqları, türk hamamı, sauna hovuz var. Burada Avstriya avadanlığı ilə üç növ pivə istehsal olunur, şərab evində isə 750 şüşə yerli xarici şərab saxlanılır. Beşmərtəbəli binanın ümumi sahəsi 9 min kvadratmetrdir. Bütövlükdə kompleks 10 min 200 kvadratmetr sahəni əhatə edir.

   Mehmanxananın istifadəyə verilməsi həm çoxlu yeni yerlərinin açılması deməkdir. Yeni mehmanxana Şəmkirin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını nümayiş etdirir. Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə kiçik orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Bölgənin geniş turizm imkanları nəzərə alınsa bu cür obyektlərin daha çox əhəmiyyət daşıdığını aydın hiss etmək olar. Belə layihələr həm Azərbaycanın bölgələrinə daha çox turist axınına səbəb olacaq, regionların turizm potensialını nümayiş etdirməyə geniş imkan yaradacaq.

   Mehmanxanadakı şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 8.