Mətbuat yalan və iftiraya uymamalıdır
Həmid Qaradəniz: “Azərbaycan media nümayəndələrini
iki ölkə arasında qardaşlığın
daha da genişlənməsi
üçün könüllərini,
ruh dünyalarını
ortaya qoyacaq qədər səmimi görürəm”
Həmid Qaradəniz Türkiyənin
Azərbaycandakı səfirliyinin
yeni mətbuat müşaviridir. Əslən azərbaycanlı
olan Həmid bəyin ata-babaları Borçalı bölgəsindəndir.
Tale elə gətirib
ki, sonralar Türkiyənin Qars vilayətinə köçüblər.
Özünün dediyinə görə,
ölkəmizə mətbuat
müşaviri kimi göndərilməsində bu
amil də müəyyən rol oynayıb. Azərbaycanda işləmək təklifi alanda məmnuniyyətlə razılıq
verib. Biz də fürsət tapıb Həmid bəylə görüşdük,
iki qardaş ölkənin media əlaqələri,
səfirliyin mətbuat
müşavirliyinin bu
sahədə fəaliyyəti
haqqında fikirlərini
öyrənmək istədik.
- Həmid bəy, gəlin, söhbətə medianın
ümumi vəziyyətindən
başlayaq. Sizcə, bu gün qloballaşan
dünyada media insanların
sürətli informasiya
alma tələbatını
ödəyə bilirmi?
- Müasir dünyada insanlar mediaya çox yaxındır. Hər gün internet, televiziya
və qəzetlərdən
informasiya almaqla dünyadan xəbərdar oluruq. İndi dünyanın hər
yerindən xəbər
ala bilirsən. Belə bir
şəraitdə informasiya
texnologiyalarının gətirdiyi
yeniliklərdən ən
gözəl şəkildə
yararlanaraq daha doğru-dürüst, daha
səviyyəli xəbərləri
ictimaiyyətə çatdırmaq
vəzifəsini mətbuat
yerinə yetirməlidir.
İnsanları narahat edəcək
xəbərlərdən uzaq,
daha obyektiv, haqlara, hüquqlara xələl gətirməyən
məlumatları vermək
lazımdır. Əlbəttə, bir işi görərkən
insanlara faydalı olmağı düşünməliyik.
Bu baxımdan Azərbaycanda çalışmaqdan
məmnunam. Təbii ki,
Azərbaycan mətbuatının
dövrün imkanlarından
yararlanması üçün
zamana ehtiyacı var. Ölkənizdə mətbuatın
gələcək inkişafına
inanıram.
- Mətbuat müşaviri kimi fəaliyyətə başladığınız
qısa müddətdə
yerli qəzetlər,
internet mediası nümayəndələri
ilə görüşlər
keçirmisiniz. İlkin müşahidələriniz
Azərbaycan mətbuatı
haqqında sizə nə deyir? Türkiyə mətbuatı ilə
müqayisə etdikdə
hansı fərqləri
görə bilirsiniz?
- Əlbəttə,
Azərbaycanla müqayisədə
Türkiyə mətbuatı
uzun bir məsafə qət edib. Müasir mətbəələr, yüksək tirajlar və mətbuat ordusu ilə geniş imkanlara malik Türkiyə qəzetləri dünyanın
hər yerinə müxbir göndərə
bilir. Azərbaycan mətbuat təmsilçiləri
ilə çox səmimi görüşlərimiz
oldu. “Bir
millət, iki dövlət” müdrik kəlamının mətbuat
mənsubları üçün
də nə qədər dəyərli
olduğunu gördük.
Biz də buradakı
mətbuat nümayəndələrindən
bu həssaslığı
görüncə zaman-zaman
qardaşlarımızın, dostlarımızın arzu
və istəklərini
nəzərə alaraq
müxtəlif layihələr
həyata keçirmək
niyyətindəyik. Azərbaycan mediasının
gözləntilərini yerinə
yetirməkdə bir elçi rolunu oynayacağıq. İnanıram ki, bu qarşılıqlı
mübadilə həm
Azərbaycan, həm də Türkiyə mediasına çox şeylər qazandıracaq.
Azərbaycan media nümayəndələri çox yaxşı niyyət sahibləridir, rahat danışıla bilən insanlardır.
Onları iki ölkə
arasında dostluğun
inkişafında, qardaşlığın
genişləndirilməsində könüllərini, ruh dünyalarını ortaya
qoyacaq qədər səmimi görürəm.
İnşallah, Türkiyə bu
məsələdə azərbaycanlı
qardaşlarımıza, media nümayəndələrinə bir sıra yardımlar
edəcək. Burada olduğum
müddətdə o da
mənə bəlli oldu ki, Azərbaycanda
elektron media çox böyük bir məsafə qət edib. Amma düşünürəm ki, qəzetlərin daha böyük tərəqqi etmələrinə
ehtiyac var. Bu da yuxarıda qeyd etdiyim kimi, imkanların
əldə olunmasına
bağlıdır. İnanırıq ki, gənc və
dinamik qardaş ölkəmiz mətbuatı
lazım olan səviyyəyə qaldıracaq.
Burada, təbii ki, dövlət-millət birliyinin
nümunəsini görürük.
Bu məsələdə mətbuatın üzərinə
böyük vəzifələr
düşür.
- Sizcə, Azərbaycan-Türkiyə əlaqələrinin
daha da yaxınlaşmasında,
xəbərlərin obyektiv
çatdırılmasında media nələr etməlidir?
- Bizim hər zaman media olaraq doğrunu görmək, doğrunu söyləmək və doğrunu yazmaq kimi bir insani
vəzifəmiz var. Eyni
inancı, eyni mədəniyyəti, eyni adət-ənənələri paylaşırıq.
Əlbəttə ki, bir sıra xəbərlər
çatdırılarkən iki qardaş və dost ölkənin həssaslığına da
çox diqqət etmək, incitməmək və inciməmək lazımdır. Yəni bəzən beynəlxalq
mediadan Türkiyə ilə bağlı bir xəbər eşitdiyimiz zaman onu çox yaxşı araşdırmaq
lazımdır. Türkiyə
və Azərbaycanın
dostluğunu, qardaşlığını
istəməyən lobbilər,
qruplar ola
bilər. Bunun üçün xəbərin qaynağını
dəqiq araşdırmaq,
doğruluğu təyin
edildikdən sonra şərh yazmaq lazımdır. Azərbaycan mətbuatının
üzərinə düşən
vəzifə onun haqqını, hüququnu qorumaq, Türkiyəyə
söz söylətməmək,
Türkiyə mətbuatının
üzərinə düşən
vəzifə də Azərbaycana yönəlmiş
hər hansı yalan və iftiraya
uymamaqdır.
Bir neçə ay öncə
Türkiyə ilə bağlı bəzi xəbərlərdə yanlış
hərəkətlər, qaranı
ağ, ağı
qara göstərmək
meylləri müşahidə
olundu. Biz Azərbaycanı
həmişə qardaşımız
olaraq görürük.
Təəssüf ki, bəzi dövlətlərin zərərli
strategiyaları var. Amma
biz türklər olaraq,
nə olursa olsun, davranışlarımızla
nümunə olacağıq.
Biz sadəcə öz millətimizi deyil, digər millətləri də sevən xalqıq. Müharibələrdə belə əsir
aldığımız insanlarla
mərhəmətlə rəftar
etdik. Çünki artıq savaş
o anda bitib, əsir düşən insanı bir daha biz vura bilməzdik.
Biz belə bir
millətin övladlarıyıq.
Keçmişi gələcəyə daşımaqla bağlı
məqamlarda da bütün səylərimizi
ortaya qoyacağıq.
Əcdadlarımızla bütünləşərək
yeni nəsillərə
bu gözəl əcdadın mərhəmətini,
insan sevgisini daşıyacağıq və
burada da medianın üzərinə
mühüm vəzifələr
düşür. Ümumilikdə, bu xüsusiyyətləri Azərbaycanda da görürəm. Bu ölkə mənim üçün doğma,
özümü məmnun
hiss etdiyim bir məkandır. Azərbaycanın zəngin mədəniyyəti,
incəsənəti, musiqisi,
gənclərin milli geyimlərdə muğam söyləmələri məni
çox təsirləndirdi
və xoşuma gəldi. Media da bu sahəyə,
bu səmimi inkişafa sahib çıxmalıdır.
Gündəmi tutmalı, xəbəri
obyektiv, daha dürüst çatdırmalıdır.
- Bölgələrimizi
gəzə bilmisinizmi?
İlkin təəssüratlarınızı
bilmək maraqlı olardı...
- Azərbaycanı yaxşı tanıdığımı zənn edirdim. Amma bura gəldikdən sonra bunun heç də belə olmadığını dərk etdim. İndiyə qədər Azərbaycanı tarixi bilgilərlə tanımışam. Bakıda özümü ölkəmizdəki kimi hiss edirəm. Əslimiz Gürcüstanın Borçalı mahalındandır. Daha sonra Türkiyənin Qars vilayətinə köçmüşük. Elə ilk gündən burada səmimi, mehriban münasibətlər gördüm. Bu günə qədər bir neçə yerdə oldum və imkan olduqca gəzəcəyəm. Məsələn, Qubada, Xınalıqda sadə insanları gördüm. Onların səmimiyyəti məni heyran etdi. İnsanlar bölgələrdə öz saflıqlarını daha çox qoruyub-saxlaya biliblər. Qubadakı soyqırımı məzarlığı məni çox təsirləndirdi. Çox yaxşıdır ki, insanlar öz tarixlərinə hörmət edir, onu qoruyur, gələcək nəsillərə ötürürlər. Arzu edərdim ki, yaxın gələcəkdə nəqliyyat o qədər rahat olsun ki, türk vətəndaşları da bu bölgələri gəlib görsünlər. Eyni zamanda Azərbaycan vətəndaşları da Türkiyənin bütün tarixi ərazilərinə səyahət edə bilsinlər. Əlbəttə, bunun üçün vətəndaşlarımızda qarşılıqlı maraq oyandırılmalıdır ki, bu da medianın üzərinə düşür. Çünki insanlarımız bu tarixi, görməli yerləri təkcə tarix, coğrafiya kitablarını oxumaqla deyil, öz gözləri ilə də görməlidir.
Məsələn, Bakıda diqqətimi çəkən məqamlardan biri də heykəllərdir. İnsanlar öz tarixlərini heykəllərdə yaşadır, öz uşaqlarına bu adamın kim olduğunu deyir, bununla tarix unudulmur, hər zaman xatırlanır. Bundan başqa Bakıdakı binalar, onların estetik görünüşü də çox xoşuma gəldi. Mənim doğulduğum Qarsda qədim abidələr, tarixi yerlər, eyni zamanda Kapadokyada Pəri bacaları kimi maraqlı yeraltı şəhər var. Türk xalqları bir-birilərinin ölkələrini daha yaxından tanımalı, bu yerləri görməli, dəyərləndirməlidirlər. Məşhur türk yazıçısı Peyami Safa deyirdi: “Bir milləti yox etmək istəsəniz, əsgəri istilaya lüzum yoxdur. Onun tarixini unutdurmaq, dilini pozmaq, dinindən soyutmaq və bir sözlə, mənəvi dəyərlərini, əxlaqını soysuzlaşdırmaq kifayətdir”. Beləliklə, vətəndaşlarımızın ölkələrimizdə görə biləcəyi, öyrənəcəkləri çoxlu yerlər var. Mən də öz növbəmdə burada olduğum müddətdə Türkiyə ilə Azərbaycan media əlaqələrinin, dostluğun genişləndirilməsinə çalışacağam.
Mehparə
Mədəniyyət.- 2013.- 13
sentyabr.- S. 10.