“Heydər
Əliyev və Hüseyn Cavid”
monoqrafiyası işıq üzü görüb
Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası çapdan çıxıb. Monoqrafiyanın redaktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Muzeydən bildiriblər ki, kitabda dahi sənətkar Hüseyn Cavid irsinə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından bəhs olunur. Ulu öndərin mədəniyyət siyasətinin açıqlanması kontekstində iki dahi şəxsiyyətin münasibətləri araşdırma obyektinə çevrilib.
Kitab “İki əbədiyyət” (“Ön söz” əvəzi), giriş, “Ədəbiyyatın böyük mesenatı”, “Naxçıvandan başlanan tanışlıq”, “Hüseyn Cavid irsinin bilicisi”, “Hüseyn Cavid irsinin böyük qayğıkeşi”, “Turan xanım canlı körpü idi...”, “Cavid yazdığı kimi”, “İki qayıdış”, “Sözardı” adlı səkkiz fəsildən ibarətdir. Monoqrafiyada milli-mənəvi dəyərləri yüksək qiymətləndirən iki şəxsiyyətdən söz açılır.
“Proqres” nəşriyyatında çap
olunmuş kitab ədəbiyyatşünaslar
və geniş oxucu
kütləsi üçün nəzərdə
tutulub.
Mədəniyyət.- 2013.- 13
sentyabr.- S. 11.