İki ölkənin Xalq artisti

 

Özbəkistan jurnalında Firudin Səfərovla müsahibə dərc olunub

  

   Daşkənddə rus dilində nəşr olunanEkonomiçeskoe obozrenie” jurnalında Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovun 80 illik yubileyi ilə əlaqədar sənətkarla geniş müsahibə dərc edilib.

   Müsahibənin əvvəlində bildirilir ki, Firudin Səfərov Azərbaycan və Özbəkistandakı operabalet teatrlarında 60-a yaxın operaya səhnə həyatı verib.

   O, Daşkənd teatrının səhnəsində Cüzeppe Verdinin beş operasını tamaşaya qoyub və hazırda bəstəkarın daha bir operası - “Ernani” üzərində gərgin məşqlər gedir.

   Müsahibədə deyilir ki, Firudin Səfərov Daşkəndə gəlməmişdən əvvəl Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında 13 il baş rejissor işləyib və bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib.

   Firudin Səfərov həm də Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının professoru kimi gənc opera rejissorlarının hazırlanmasında da əvəzsiz xidmət göstərir. O, dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarının iştirakçısı olub, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Tanınmış rejissora həm də Özbəkistan Prezidentinin fərmanı ilə “Əmək şöhrəti” ordeni verilib.

  

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 11.