Ulu öndər haqqında fundamental akademik nəşr

 

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən ikicildlik fundamental “Heydər Əliyevakademik araşdırması üzərində başa çatdırılıb.

   Akademiyadan bildiriblər ki, institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun baş redaktorluğu ilə nəşr edilmiş elmi araşdırmanın birinci cildi ümummilli liderin sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri, keçmiş SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətini əhatə edir. Cild 9 fəsli əhatə edən 3 bölmədən ibarətdir.

   Əsərin ikinci cildi isə ulu öndərin müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrü əhatə edir. Bu cildAzərbaycan tarixində Heydər Əliyev şəxsiyyətiadlı giriş məqaləsi 8 fəsli əhatə edən 2 bölmədən ibarətdir.

   Heydər Əliyevikicildliyi ölkəmizdə ulu öndərə həsr olunmuş ilk akademik araşdırmadır. Geniş tərkibli mütəxəssis-müəlliflər heyəti tərəfindən yazılmış əsərdə dahi Heydər Əliyev şəxsiyyətinin ömür yolu dövrləşdirilir, hər bir dövrə dair arxiv materialları elmi dövriyyəyə daxil edilir, müvafiq elmi-nəzəri ümumiləşdirmələr aparılır. Əsər müasir mərhələdə Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamı ilə yekunlaşdırılır.

   Araşdırmada ümummilli lider Heydər Əliyevin nitqləri çıxışlarından, arxiv materialları, ilk mənbələr elmi ədəbiyyatdan istifadə edilib.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 11.