“Dilimiz
- mənəvi sərvətimiz və milli
dəyərimiz”
Cəfər Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında “Dilimiz - mənəvi sərvətimiz və milli dəyərimiz” adlı oxucu konfransı keçirilib. Konfransda Azərbaycanın görkəmli yazıçısı “Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında dil məsələsi” mövzusunda məruzə dinlənilib. Məruzədə qeyd olunub ki, bədii ədəbiyyat və dil millətin aynasıdır. Elə bir ayna ki, bu aynada xalqın tarixi inkişafı, milli adət-ənənələri , “qüdrət və cəlalı” bütün varlığı əks olunur.
Firidun bəy Köçərlinin fikrinə görə, kamil şair və ağıllı ədib həqiqətdə o şair və ədibdir ki, “öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağlı ilə fikir edə. Çünki “milləti haqq və sabaha irşad edən, şöhrət və hörmətə yetirən onlardır. Buna görə də onların əsərləri elə bir dildə yazılmalıdır ki, onu xalq anlayıb başa düşsün”.
Dilimiz
bizim mənəvi sərvətimiz və milli dəyərimizdir. Ona
görə də onun
saflığını və varlığını qorumaq hamımızın borcudur.
Mədəniyyət.- 2013.- 13 sentyabr.-
S. 13.