Borçalıda
Aşıq Kamandarın büstü
ucaldılıb
Sentyabrın 18-də XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Əməkdar mədəniyyət işçisi Aşıq Kamandar Əfəndiyevin Gürcüstanın Borçalı bölgəsindəki doğma kəndi Kürüstü Kəpənəkçidə büstü açılacaq.
Azərbaycan
Aşıqlar Birliyinin katibi
Musa Nəbioğlu bildirib
ki, büstün
qoyulması ilə bağlı qərar ustad
aşığın 80 illik yubileyində
qərara alınıb. Gürcüstanın mədəniyyət
naziri Quram
Odişariyanın və ölkənin digər rəsmilərinin
qatılacağı tədbirdə Aşıq Kamandarın xeyli vaxtdır fəaliyyət göstərən
ev-muzeyinin də rəsmi
açılışı olacaq.
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 3.