Yüz yaşlı “Arşın
mal alan”
Sentyabrın
17-də Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət
Muzeyinin və “İçərişəhər” Tarixi Muzeyinin birgə təşkilatçılığı
ilə “Arşın
mal alan -100” mövzusunda tədbir keçirildi.
18 sentyabr - Milli Musiqi Gününə
həsr olunmuş tədbiri “İçərişəhər”
Tarixi Muzeyinin direktoru Elxan Haqverdiyev açaraq bildirdi ki, ümummilli
lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmana
əsasən, dahi bəstəkarın doğum
günü - 18 sentyabr
ölkəmizdə “Milli
Musiqi Günü” kimi qeyd olunur.
UNESCO-nun qərarı ilə
Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasının
100 illik yubileyi bu il dünya
miqyasında qeyd edilir.
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi
Alla Bayramova “Arşın mal alan”
musiqili komediyasının
ölkəmizdə və
onun hüdudlarından
kənarda qazandığı
çoxsaylı uğurlardan
danışdı. Bildirdi ki,
Üzeyir Hacıbəyli
bu əsəri 1912-ci ildə Sankt-Peterburqda konservatoriyada oxuyarkən yazıb. O, “Arşın
mal alan” operettasını tamamladıqdan
sonra ilk dəfə
Sankt-Peterburq konsevatoriyasının
direktoru, görkəmli
rus bəstəkarı
A.Qlazunova göstərib.
A.Qlazunov
əsəri çox bəyənib. “Arşın
mal alan”a verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını
və librettosunu Bakıya, dostlarına göndərib. “Arşın
mal alan” dünyanın üç
qitəsini dolaşıb.
Əsər dörd dəfə
Azərbaycanda, bir dəfə Amerikada ekranlaşdırılıb.
Niyazinin mənzil-muzeyinin şöbə
müdiri Xanımbacı
Abdinova çıxış
edərək bildirdi ki, “Arşın mal alan” filmi
1945-ci ildə ekranlara
çıxdıqdan sonra
ona 16-17 milyon tamaşaçı baxıb.
Film nəinki Azərbaycan, həm də sovet kinosuna
dünya şöhrəti
qazandırıb. Rusiya
kinosunun 100 illiyi münasibətilə sovet
ekranlarında uzun illər nümayiş olunan və xarici ölkə filmləri arasından seçilən “100 sevimli
film” arasında “Arşın
mal alan” kinokomediyası (1945) “Qızıl
siyahı” ya daxil edilib. Film
180 ölkədə nümayiş
olunub, 86 dilə tərcümə edilib.
Bakı Musiqi Akademiyasının
professoru Zemfira Qafarova, Əzim Əzimzadənin ev-muzeyinin
direktoru İradə Əzimzadə çıxış
edərək Üzeyir
Hacıbəylinin yaradıcılığından
söz açdılar.
Bildirdilər ki, bu görkəmli sənətkar
ölməz əsərləri
ilə nəinki Azərbaycan mədəniyyətinə,
habelə dünya musiqi mədəniyyətinə
misilsiz töhfələr
verib.
Sonra Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət
Muzeyinin qədim musiqi alətləri ansamblı və “Günay” uşaq teatrının kollektivi çıxış etdi.
Çıxışlardan sonra
“Marionet teatrı”nın
“Arşın mal alan” tamaşası əsasında hazırladığı
kuklalardan ibarət sərgiyə baxış
keçirildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 4.