Milli mədəniyyətlər
festivalı
Belarus Respublikasının paytaxtı Minskdə X Respublika Milli Mədəniyyətlər Festivalı açılıb. Tədbirdə Belarusda yaşayan 33 millətin nümayəndələrinin iştirakı ilə konsert təqdim olunub. Belarus Respublikasındakı Azərbaycan İcmaları Konqresinin gənclər bölməsi sənət bayramında Dinarə Quliyevanın və Vüsal Qarayevin ifasında milli Azərbaycan rəqs elementlərindən ibarət musiqi nömrəsini, habelə Zülfiyyə Xanbabayevanın ifasında “Azərbaycan” kompozisiyasını təqdim edib.
Bu
festival ilk dəfə
1996-cı ildə təşkil edilib və
iki ildən bir keçirilir. Rayonlarda start götürən festival
sonra vilayət müsabiqələri şəklində
davam edir, final tədbirlərinin ənənəvi
paytaxtı isə Qrodno şəhəridir.
Festival çərçivəsində
respublikanın bütün bölgələrində
seçim turları keçiriləcək.
Bu turlar 2014-cü ildə
Qrodno şəhərində möhtəşəm
festival marafonu ilə başa çatacaq.
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 4.