“Soyqırımı
tarixinin dastanı”
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı sentyabrın 15-də yeni mövsümü “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb. Əsərin müəllifi və quruluşçu rejissoru teatrın direktoru, şair-dramaturq İftixar Piriyevdir.
Səhnə əsərində söz, musiqi və rəqsin dili ilə ermənilərin tarixən türklərə və azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından bəhs olunur. Tamaşada türk generalı Nuru Paşanın Azərbaycana gəlişi səhnəsi də yer alıb.
Rolları xalq artistləri Elmira
İsmayılova, Tamella Abdullayeva,
əməkdar artistlər Vidadi Əliyev, Vaqif Kərimov, Esmiralda Şahbazova oynayırlar.
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 5.