İnformasiya cəmiyyətində internet sosiomədəni transformasiyalar

 

 Ölkəmiz UNESCO-nun beynəlxalq konfransında təmsil olunub

  

   7-12 sentyabr tarixində Rusiyanın Yujno-Saxalinsk şəhərində "İnformasiya cəmiyyətində internet sosiomədəni transformasiyalar" mövzusunda UNESCO-nun beynəlxalq konfransı keçirilib. Konfrans dünyada bu mövzuda ilk forumdur 49 ölkədən 120 nümayəndəni bir araya gətirib. İştirakçılar arasında aparıcı beynəlxalq, dövlət qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər yer alıb.

   Konfransın işində Rusiya Federasiyası Mətbuat Kütləvi Kommunikasiyalar Federal Agentliyinin rəhbəri Mixail Seslavinski, "İnformasiya hamı üçün" UNESCO proqramının Hökumətlərarası Şurasının sədri Yevgeni Kuzmin iştirak ediblər.

   Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə konfransda uşaq yazıçısı, "İrs" fənni dərs vəsaitinin müəllifi, Bakı Şəhər Təhsil İdarəsinin multimedia kabinetinin müdiri Solmaz Amanova iştirak edib. O, tədbir əsnasında Saxalin Uşaq Kitabxanasında "Azərbaycanda media kütləvi media" mövzusunda seminar keçib, kitabxanaya müəllifi olduğu bir sıra maraqlı kitablar 32 multiplikasiya filmini hədiyyə edib. S.Amanova həmçinin Moskvadakı Seçenov adına I Tibb Universitetinin Mərkəzi Elmi Tibb Kitabxanasına "Anatomik teatr" "Monastr əczaxanası" kitablarını, Türkiyə kitabxanaçılarına "Əlifba" kitabı 56 multiplikasiya filminin elektron versiyasını təqdim edib.

   Azərbaycan nümayəndəsi konfransdakı çıxışında tədris prosesində internetdən istifadə, uşaqların zorakılıq təbliğ edən internet oyunlarına aludə olmaması üçün təkliflərini səsləndirib.

 

Mədəniyyət.- 2013.- 18 sentyabr.- S. 6.