Turizm İnstitutunda yeni
dərs ilinin açılışı keçirilib
“Yüksək bal
toplayan abituriyentlərin
ATİ-ni seçməsi
ölkəmizdə turizm
sənayesini, turizmin rolunu dəyərləndirməyə
əsas verir”
Sentyabrın 16-da Azərbaycan Turizm İnstitutunda
(ATİ) yeni tədris
ilinin başlanması
münasibətilə tədbir
keçirildi. Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev iştirak edirdi. Mərasim Azərbaycanın Dövlət
himninin səsləndirilməsi
ilə başladı.
ATİ-nin rektoru, professor Cəfər
Cəfərov çıxış
edərək növbəti
yeni tədris ili münasibətilə
müəllim və tələbə heyətinə
təbriklərini çatdırdı.
Qeyd etdi ki, artıq turizm sənayesində institutun 725 məzunu çalışmaqdadır: “ATİ 7 illik fəaliyyəti dövründə ölkənin
ali təhsil
ocaqları sırasında
bir sıra yeniliklərə ilk imza atıb. İlk dəfə bizim
institutun məzunları
bakalavr pilləsində
ikili diplom, həm ATİ, həm də Avstriyanın Krems Tətbiqi-Elmlər Universitetinin diplomunu alıblar. 80-ə yaxın belə məzunumuz turizm sahəsində uğurla çalışır. 2013/2014-cü
tədris ilində ikili diplom alanlar
arasında magistr pilləsini bitirən məzunlarımız da olacaq. Yeni tədris ilində
ATİ-yə 11 ixtisas
üzrə 375 tələbə
qəbul olunub. Onlardan 369 nəfər qeydiyyatdan keçib. 218 nəfər dövlət sifarişi əsasında,
151 nəfər isə
ödənişli əsaslarla
təhsil alacaq.
Bu il ATİ-nin tələbəsi adını qazananlardan 4 nəfər 600-dən artıq
bal toplayıb. Bu ildən turizm və hotelçilik ixtisası üzrə ingilis dilində təhsil alacaq xüsusi qrup təşkil olunub”.
Tədbirdə
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ölkə həyatının
bütün sahələrinin
uğurla inkişaf etdiyini bildirdi: «Azərbaycan regionun lider ölkəsinə çevrilib. Bu prosesdə
həm mədəniyyətimizin,
həm də turizmin xüsusi rolu var. Azərbaycan turizm sənayesi bu gün dünyada
öz nüfuzunu sübut edir. Ölkəmiz artıq Dünya Turizm Təşkilatı İcraiyyə
Komitəsinin üzvüdür,
halbuki biz cəmi 12 il öncə
bu quruma daxil olmuşuq. Bu, son illər ölkəmizin
turizmdə əldə
etdiyi nailiyyətlərin
göstəricisidir. Ölkə başçısı
regionlara səfəri
zamanı dəfələrlə
qeyd edib ki, Azərbaycan turizm sənayesinin inkişafı prioritet və həlledici istiqamətlərdən biridir».
Hər il respublikamızda
onlarla yeni hotelin tikildiyini deyən nazir bildirdi ki, 2013-cü ilin ilk yarısının
nəticələrinə görə,
Azərbaycana gələn
əcnəbilərin sayı
10 faizdən çox artıb: «Dünyada isə bu rəqəm
cəmi 4 faizdir. Sözsüz
ki, gələn turistlərə ölkəmizin
tarixi, mədəniyyəti,
qonaqpərvərliyi peşəkar
səviyyədə təqdim
edilməlidir. Məhz bu
baxımdan da Turizm İnstitutu kadr hazırlığı
sahəsində mühüm
rol oynayır. Bu
gün ATİ qabaqcıl
ali təhsil
ocaqlarından biridir. Yeganə ali
təhsil məktəbidir
ki, ən yaxşı tələbələrə
hətta iki diplom təqdim edir ki, bu
diplomların ikisi də dünyanın nüfuzlu şirkətlərində
çalışmağa imkan
verir. Azərbaycan turizm sənayesinin
qabaqcıl qüvvəsini
ATİ-nin məzunları
təşkil edir».
Ölkəmizdə
təşkil olunan beynəlxalq tədbirlərdə
ATİ-nin ən yaxşı tələbələrinin
fəal iştirak etdiklərini diqqətə
çatdıran nazir dedi: “Gələcəkdə
Azərbaycan daha nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Avropa Olimpiya oyunlarının hazırlığına başlamışıq.
Orada da ATİ tələbələri çox
fəal iştirak etməlidir, qonaqları ölkəmizlə tanış etməlidirlər.
Biz fəxr edirik ki, ATİ-yə qəbul olanlar arasında 500-600-dən artıq
bal toplayan tələbələr var. Bu, turizm
sənayesini, real olaraq
turizmin rolunu dəyərləndirməyə əsas verir. Bu sahədə peşəkar,
ölkəmizin inkişafına
töhfələr verə
biləcək mütəxəssislərin
hazırlanması prosesi
davam edəcək».
Bu ildən
ATİ-də alman dili müəllimi kimi çalışacaq
Anna Bauman isə Bakıda
çalışmaq imkanı
qazandığına görə
çox şad olduğunu bildirdi: «Əsas məqsədlərdən
biri alman dilini inkişaf etdirmək və tələbələrin bunu
mənimsəməsidir. Bununla yanaşı,
məqsədimiz Almaniya
ilə Azərbaycan arasında sosial-iqtisadi inkişafa yardım etməkdən ibarətdir».
Sonra Əbülfəs Qarayev bu il 600-dən yuxarı balla ATİ-yə qəbul olmuş 4 tələbəyə
və ingilis dili qrupunda təhsil
alacaq 20 nəfərə
tələbə biletini
təqdim etdi, təbriklərini çatdırdı.
Mədəniyyət və turizm
naziri daha sonra Bakı Turizm Peşə Məktəbində yeni dərs ilinin açılışında iştirak
etdi. Qeyd edək ki, peşə
məktəbində 12 ixtisas,
o cümlədən ATİ-nin xidmət mühəndisliyi fakültəsinin
sosial iş, beynəlxalq münasibətlər,
muzeyşünaslıq, diyarşünaslıq
abidələrinin qorunması,
regionşünaslıq, qida
məhsullarının mühəndisliyi,
nəqliyyat servisi ixtisasları üzrə tədris aparılır. Həmçinin institutun 9 kafedrasından
3-ü bu binada fəaliyyət göstərir.
Nazir tələbələrə turizm sənayesinin layiqli təmsilçiləri
olmaları üçün
ilk növbədə Vətəni
və insanları sevməyin, yaxşı çalışmağın, müasir
bilikləri mənimsəməyin
və təcrübə
qazanmağın vacibliyini
qeyd etdi.
ATİ-nin rektoru Cəfər
Cəfərov, turizm peşə məktəbinin
direktoru Faiq Babayev tələbələri
yeni tədris ilinin başlanması münasibətilə təbrik
etdi, onlara uğurlar arzuladılar.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 8.