ATİ-nin beynəlxalq əlaqələri genişlənir

 

   Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Cənubi Afrika Respublikasına səfəri müddətində bu ölkənin turizm profilli ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib.

   Rektor Val Texnoloji Universiteti, Şimal Qərb Universiteti nümayəndələri ilə görüşdə turizm sahəsində kadr hazırlığı istiqamətində əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə tədqiqat sahəsində əlaqələrin yaradılması barədə ilkin razılığa gəlinib. Səfər əsnasında Cəfər Cəfərov Keyp Yarımadası Texnoloji Universiteti, Nelson Mandela Metropolitan Universiteti nümayəndələri ilə video-konfrans vasitəsilə fikir mübadiləsi aparıb. Pretoria Universiteti nümayəndələri ilə görüşdə əlaqələrin əməkdaşlıq səviyyəsinə çatdırılması qərara alınıb.

 

  Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 18 sentyabr.- S. 8.