“Anadolu günləri” festivalında
Azərbaycan gecəsi
Ankaranın Etimesqut bələdiyyəsinin
təşkilatçılığı ilə keçirilən
10-cu beynəlxalq “Anadolu
günləri” festivalı
çərçivəsində sentyabrın 15-də Azərbaycan
gecəsi təşkil
olunub. Ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi
ilə keçirilən
gecədə Türkiyə
Böyük Millət
Məclisinin deputatı
Sinan Oğan, elm, mədəniyyət və
incəsənət xadimləri,
diaspor təmsilçilərimiz,
ictimaiyyət nümayəndələri
və azərbaycanlı
tələbələr iştirak
ediblər.
”Anadolu
günləri” festivalının
keçirildiyi sahədə
səfirliyin təşəbbüsü
ilə “Azərbaycan evi” yaradılıb. Burada ölkəmizə dair əyani təbliğat vasitələri
nümayiş etdirilib,
şənlik iştirakçılarına
“İrs-Miras” jurnalı,
türk dilində nəşr olunmuş “İlham Əliyev” və “Heydər Əliyev” kitabları təqdim olunub, milli mətbəximizin ləziz təamları - şəkərbura və paxlava paylanıb.
Naxçıvan Dövlət Filarmoniyasının
musiqi və rəqs ansamblının konserti şənlik iştirakçılarına xoş
anlar yaşadıb.
Azərbaycanın xalq mahnıları,
bir-birindən gözəl
musiqi və rəqslər alqışlarla
qarşılanıb.
Gecədə
çıxış edən səfir Faiq
Bağırov tədbirin təşkilatçılarına təşəkkürünü
bildirib, iki ölkənin
qardaşlıq münasibətlərinin inkişafında belə
mədəni tədbirlərin mühüm
rolunu vurğulayıb.
Mədəniyyət.- 2013.- 18
sentyabr.- S. 9.