Ölkəmiz beynəlxalq festivalda təmsil olunub

 

   Bu günlərdə qədim Dərbənd şəhərində "Dərbənd mədəniyyətlərin qovşağı" adlı beynəlxalq mədəniyyət tarixi festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi festivalda Abşeron Mədəniyyət Mərkəzi təmsil edib. Nümayəndələrimiz “Abşeron işıqları musiqi qrupu”, “Aşıqlar dəstəsi”, muğam üçlüyü maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Üç gün davam edən tədbirin sonunda Azərbaycan nümayəndə heyəti diplom və fəxri fərmanlarla təltif olunub.

 

Mədəniyyət.- 2013.- 18 sentyabr.- S. 12.