Hotel standartları xidmətin keyfiyyəti üzərində
qurulur
Xəbər verdiyimiz kimi, ötən il dekabrın
10-dan Azərbaycanda mehmanxanaların
təsnifatı yeni qaydalarla həyata keçirilir.
Bu qaydalar
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən hazırlanan,
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi
tərəfindən təsdiq
edilən «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi
və qiymətləndirmədə
meyarların tətbiq
edilməsi barədə»
Dövlət Standartında
əksini tapıb.
Standart «Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın icrasını
təmin etmək məqsədilə «Turizm və yerdəyişmə
vasitələrinin xidmətləri»
üzrə Texniki Komitə tərəfindən
hazırlanıb.
Sənəddə
mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə
meyarlarının tətbiqi,
xidmətlərin səviyyəsinə
dair vahid qiymətləndirmə metodikasından
istifadə, təsnifat
üzrə xidmətlərin
monitorinqi, mehmanxana və mehmanxana tipli obyektlərin seçimində istehlakçıya
kömək və s. məsələlər yer
alıb. Standartda mehmanxanaların tipləri,
mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə
sisteminin təşkili
və təsnifatın
keçirilmə qaydaları
geniş əks olunub.
Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin Tədqiqat
işləri, statistika
və lisenziyalaşdırma
sektorunun müdiri Rəhman Oruclu yeni standartlarda mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyası alması proseduru ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi.
Onun sözlərinə görə,
əvvəl mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyasının qiymətləndirilməsi üçün
150-yə yaxın meyar
nəzərə alınırdı.
Yeni standarta görə onların sayı 300-dək artırılıb:
«Məsələn, əvvəlki
standartlarda hoteldə ehtiyat su çəninin
mövcud olması şərt kimi qoyulurdusa, indi su çəninin tutumu əsas rol oynayır. Onun tutumu otaqların, orada qalacaq müştərilərin
sayına görə olmalıdır. Bununla
yanaşı, yeni standartlarda hoteldəki otaqların neçə faizinin neçə kvadratmetr olması və s. detallar da əks olunub».
Nazirlik rəsmisi qeyd
edir ki, əvvəlki standartlarda müvafiq ulduz kateqoriyasına uyğun
minimal tələblər müəyyənləşdirilməmişdi.
Ancaq yeni standartlarda hotellər üçün
müvafiq ulduz kateqoriyasına uyğun
minimal tələblər öz
əksini tapıb.
Hotel üçün qoyulan bu tələblər
yoxlanıldıqdan sonra
onun müvafiq ulduz kateqoriyasına uyğun gəlib-gəlməməsi
ilə bağlı digər meyarlar yoxlanılacaq. Yeni standartlarda
keyfiyyətin idarəolunması
beynəlxalq standartının
bəzi müddəaları
da əksini tapıb. Standartlarda hotel daxilində müəyyən
xidmətin, avadanlıqların
keyfiyyəti şərt
kimi irəli sürülür.
Sənədin hazırlanmasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri, hotel üzrə
mütəxəssis Müzəffər
Ağakərimov da yaxından iştirak edib. Onun sözlərinə görə,
standartlar əsasən
xidmətin keyfiyyətinin
yüksəldilməsi üzərində
qurulub: «Standartlar hazırlanarkən mənim
də mütəxəssis
kimi fikirlərimi öyrəndilər. Əsas təklifim
mehmanxanalarda və mehmanxana tipli obyektlərdə turizm təhsilli peşəkar kadrların olması ilə bağlı idi. Çünki insan amili standartların həyata keçirilməsində çox
mühümdür».
Mütəxəssisin
fikrincə, hotellərin
yaxşı fəaliyyət
göstərə bilməsi
üçün əsas
üç şərtə
əməl olunmalıdır:
«Bu şərtlərdən biri qiymət siyasətinin düzgün
qurulmasıdır. Azərbaycanda bu sahədə özünü tam doğrultmayan
amillər var. Dünya
təcrübəsində belədir
ki, əvvəl keyfiyyətli xidmət olmalıdır, sonra buna uyğun qiymət müəyyənləşdirilməlidir.
Bizdə
bəzi hotellərdə
bu standarta əməl edilmir. Onlar göstərdikləri xidmətin
səviyyəsindən asılı
olmayaraq, öz qiymətlərini tətbiq
edirlər. Bu da turistlərdə narazılıq doğurur.
Bundan əlavə, turistlərə
hotel tərəfindən əlavə
xidmətlər təklif
olunmalıdır. Hotellər konsert
salonları, teatrlar, muzeylərlə daima əməkdaşlıq etməli,
qonaqları bu mədəniyyət müəssisələrinə
aparmalıdırlar».
Hazırda Bakıda fəaliyyət
göstərən bir
sıra hotellərdə
yerli turistlərin qarşılaşdığı problemlərdən biri də qeyd-qəbul şöbəsində çalışan
əməkdaşların müştərilərin
suallarını Azərbaycan
dilində cavablandıra
bilməməsidir. Həmsöhbətimiz bu məsələnin də yeni standartlar
baxımdan vacibliyini qeyd etdi. Onun sözlərinə görə, müştərinin
müraciəti zamanı
telefonun dəstəyini
qaldıran hotel əməkdaşı
birinci Azərbaycan dilində cavab verməlidir: “Bizim dövlət dilimiz Azərbaycan dilidir. Amma əksər hallarda hotellərə zəng edəndə birinci ingiliscə cavab verirlər. Bu, qətiyyən düzgün
deyil”.
M.Ağakərimov hotellərdə tətbiq
olunmasını vacib hesab etdiyi bir
sıra detallara da toxundu. Onun sözlərinə görə,
hotellərin, xüsusilə
brend mehmanxanaların mətbəxlərində milli
yeməklərimizə üstünlük
verilməlidir. Çünki
mətbəx mədəniyyətin
bir qoludur: «Qonağın ölkəmiz
haqqında yüksək
təəssüratla ayrılmasının
mühüm şərtlərindən
biri də ona milli mətbəximizi
layiqincə təqdim edə bilməyimizdən asılıdır. Digər
bir şərt isə hoteldə fon musiqisi
kimi yerli bəstəkarlarımızın əsərlərinin səsləndirilməsidir.
Bizim dünyaca məşhur bəstəkarlarımız var. Hotellərimizdə daha çox onların musiqilərindən istifadə
olunmalıdır. Biz turizm sektorunun təmsilçiləri olaraq
daima bu məqamlara üstünlük
verməliyik. Çünki Azərbaycanı təbliğ
etmək bizim ən birinci vəzifəmizdir».
Fəxriyyə
Mədəniyyət.-
2013.- 9 yanvar.- S. 9.