Musiqi və incəsənət məktəbləri
müəllimlərinin konfransı
Bakı şəhərinin musiqi və incəsənət
məktəbləri Direktorlar Şurasının təqdimatı
ilə Q.Qarayev adına 8 ¹-li 11 illik musiqi məktəbində
“Müəllim və müasir təhsil konsepsiyası” adlı
elmi-nəzəri konfrans keçirildi.
Direktorlar Şurasının sədri,
Niyazi adına 22 ¹-li uşaq musiqi məktəbinin direktoru, Əməkdar
müəllim Natiq Vəliyev tədbiri açaraq böyüməkdə
olan nəslə dərin bilik və geniş
dünyagörüşü ilə yanaşı, yüksək
vətənpərvərlik və mədəniyyətin
aşılanmasında təhsil ocaqlarının, o cümlədən
musiqi və incəsənət məktəblərinin pedaqoji
kollektivlərinin üzərinə böyük məsuliyyət
düşdüyünü vurğuladı. Ulu öndər
Heydər Əliyevin “Təhsil millətin gələcəyi,
müstəqil dövlətin təməlidir” fikrini diqqətə
çatdıran N.Vəliyev qeyd etdi ki, müasir təhsilin
daima inkişafda olması hər zaman ön plana çəkilməlidir.
Bu baxımdan respublikada aparılan təhsil
islahatlarının musiqi və incəsənət məktəblərində
də tətbiq edilməsi mühüm vəzifə kimi
qarşıya qoyulmalıdır.
Konfransda Bakı Sosial Pedaqoji Kollecin müəllimləri Pərvanə İmanova, Lalə Baxşıyeva, İlahə Əsgərova, Məlahət Mamiyeva və Səidə Abbasova “Müəllimin pedaqoji fəaliyyəti”, “İnteraktiv təlim metodlarının tətbiqi”, “Məktəbdə müəllim-şagird münasibətlərində müsbət psixoloji iqlimin yaradılması”, “Müasir musiqi dərsi - müəllimin pedaqoji əsəri kimi”, “Müasir dərsə verilən psixoloji tələblər” adlı məruzələrlə çıxış etdilər.
Pedaqoji elmlər doktoru, professor, Xalq artisti, bəstəkar Oqtay Rəcəbov müasir təhsilin tələbləri ilə bağlı fikirlərini bölüşdü.
Tədbirdə Bakı şəhərində yerləşən bütün musiqi və incəsənət məktəbləri kollektivlərinin nümayəndələri iştirak edirdi. Qərara alındı ki, musiqi məktəbləri tarixində ilk dəfə gerçəkləşən bu növ tədbirlər mütəmadi olaraq gələcəkdə də keçirilsin.
Esmira Ağayeva
Mədəniyyət.-
2013.- 9 yanvar.- S. 6.