Geniş baxış”

 

   Azərbaycan Prodüserlər Gildiyası tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib

  

   Azərbaycan Prodüserlər Gildiyası “Geniş baxış” adlı tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov bildirdi ki, layihə ölkəmizdə prodüser kinosunun inkişafı istiqamətində atılan növbəti addımdır: “Ötən il respublikanın 14 aparıcı prodakşn və studiyasının iştirakı ilə Azərbaycan Prodüserlər Gildiyası təsis edildi. Əsas məqsəd isə özəl və dövlət studiyalarının birgə əməkdaşlığını təmin etmək idi. Əgər bir prodakşnda texnika, digərində mütəxəssis varsa biz onları bir araya gətirməklə həm maliyyənin ölkə daxilində qalmasına, həmçinin şirkətlərin işləməsinə şərait yaratdıq. Belə olan halda xarici ölkələrdən texnika və mütəxəssis gətirilməsinə də ehtiyac qalmaz.

   Şirkətlər arasında sıx əlaqənin qurulması milli kinonun inkişafına təkan verəcək amillərdəndir. Prodüser Gildiyasının yaranması ilə böyük bir şəbəkə birləşdi.

   Gildiyanın əsas addımı ssenari müsabiqəsinin elan edilməsi oldu. 14 təsisçi tərəfindən biri kommersiyabiri müəllif filmi formatına uyğun olmaqla iki ssenari seçiləcək. Burada yeni yanaşma ondan ibarətdir ki, 14 şirkətin üzvü ssenarinin seçilməsində və filmlərin istehsal prosesində iştirak edəcək. Texniki təchizat, mütəxəssislərin cəlb edilməsi, post prodakşns. mərhələləri həyata keçirəcəklər”.

   Geniş baxış” tammetrajlı bədii film ssenari müsabiqəsinin keçirilməsində Azərbaycan Prodüserlər Gildiyasının məqsədi yaradıcılıq istiqamətindən, janr və ifadə üslubundan asılı olmayaraq yüksək səviyyəli müəllif və ya kommersiya xarakterli filmlərin çəkilməsinə dəstək verməkdir. Milli kinoya tamaşaçı marağını gücləndirmək, bütün dünyada önəmli yer tutanprodüser kinosu” anlayışını ölkəmizdə tətbiq etmək və gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır. Müsabiqədə “co-production” layihələrə (xarici şirkətlərlə birgə çəkiləcək filmlər) xüsusi önəm verilir.

   Geniş baxış” tammetrajlı bədii film üçün ssenari müsabiqəsinə hər kəs istənilən janrda bədii film ssenarisi təqdim edə bilər. Ssenarinin müəlliflik hüququ onu müsabiqəyə təqdim edən şəxsə məxsus olmalı, digər fizikihüquqi şəxslərə aidiyyəti olmamalıdır. Ssenarinin hər hansı istehsalat mərhələsində olması istisna edilir.

   Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ üçün ssenarilərin tritmenti martın 10-dək Azərbaycan Prodüserlər Gildiyasına göndərilməlidir. Martın 25-də ikinci mərhələyə keçən ssenarilərin adları açıqlanacaq. İkinci mərhələnin yekunları mayın 10-da bəlli olacaq. Müsabiqə haqqında ətraflı məlumat www.azerbaijanfilm.az saytında yerləşdirilib.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2013.- 9 yanvar.- S. 4.