Xalq şairinə həsr olunmuş oxucu konfransı

 

   Dərin məzmunlu əsərləri, bənzərsiz poeziyası ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, minlərin, milyonların qəlbinə geniş yol tapan bir şair tanıyırıq. Hər sözündən, kəlməsindən dürr tökülürdü.

   Bu sözlər Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində ölməz şair Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr edilmiş oxucular konfransında səsləndi. MKS-nin direktoru Gülnar Məhərrəmova konfrans iştirakçılarını salamlayaraq onlara Bəxtiyar Vahabzadə ucalığı arzuladı. Sonra direktor müavini Gülüstan Rəhimova şairin həyat və yaradıcılığı haqqında məruzə etdi. Bildirdi ki, Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasının sönməz işığı tək yaddaşımıza köçmüşdür.

   MKS-nin əməkdaşlarından Mehparə Səfərəliyeva, Rəqibə Qasımova, Gülnaz Məmmədova, Nisə Əliyeva, Gülzar Qasımova çıxış edərək Xalq şairinin müxtəlif illərdə qələmə aldığı şeirlər, poemalar, dram əsərləri haqqında mülahizələrini söylədilər, onun təkrarsız poeziyasının vurğunu olduqlarını bildirdilər.

   Konfransa rayonun təhsil ocaqlarının şagirdləri də dəvət olunmuşdu. Məktəblilər şairin şeirlərindən, poemalarından parçalar söyləməklə iştirakçılara maraqlı dəqiqələr yaşatdılar.

  

 

   Mübariz Səfiyaroğlu,

   Zərdab rayon MKS-nin əməkdaşı

 

  Mədəniyyət.- 2013.- 11 yanvar.- S. 15.