Türkmənistan
səfiri Turizm İnstitutunda
kadr hazırlığı ilə
tanış olub
Tələbə-müəllim
mübadiləsi sahəsində əməkdaşlıq və
birgə tədbirlərin təşkili müzakirə edilib
Yanvarın 10-da Türkmənistanın
Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan Turizm İnstitutunun (ATİ) qonağı olub. Görüşdə institutun
rektoru, professor Cəfər
Cəfərov ali təhsil
ocağının fəaliyyəti və beynəlxalq əlaqələri
barədə qonağa ətraflı məlumat
verib.
Rektor diqqətə çatdırıb ki, Türkmənistan-Azərbaycan münasibətlərinin kökündə qarşılıqlı hörmət, bərabərliyə və inkişafa əsaslanan dostluq və qardaşlıq münasibətləri dayanır. Bu münasibətlər çoxəsrlik milli ənənələrə söykənir.
Yeni ildə ilk tanışlıq görüşünə ATİ-dən başladığını deyən səfir T.Komekov görüşün faydalı olacağına inandığını bildirib. Ölkəsinin sosial-iqtisadi inkişafı, elm, təhsil sahəsində nailiyyətlərindən söz açan diplomat qeyd edib ki, Türkmənistan 5 vilayətdən ibarətdir. Paytaxt Aşqabadda onlarla sənaye, elm, təhsil müəssisəsi və s. fəaliyyət göstərir. Türkmənistanın ali təhsil müəssisələrindən bəziləri ilə Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası arasında ikitərəfli əməkdaşlıq müqaviləsi qüvvədədir.
Səfir bildirib ki, Türkmənistan iqtisadiyyatında neft-qaz sənayesinin mühüm yer tutmasına rəğmən ölkə həm də turizm infrastrukturu baxımından çox əhəmiyyətlidir. Ölkədə müalicəvi turizm xüsusilə inkişaf edib. Diplomat görüşün turizm sənayesi üçün yüksək ixtisaslı kadr hazırlığı prosesi ilə tanışlıq məqsədi daşıdığını deyib.
Səfir
eyni zamanda Türkmənistanın
müvafiq ali məktəbləri
ilə ATİ arasında tələbə-müəllim
mübadiləsi sahəsində ikitərəfli əməkdaşlıq
müqavilələrinin imzalanması, elmi
konfrans və tanışlıq
görüşlərinin təşkili və keçirilməsində
maraqlı olduğunu
vurğulayıb.
Mədəniyyət.-
2013.- 11 yanvar.- S. 4.