“Qafqazlı
maarifçi”
İsveçrə qəzetində
Mirzə Fətəli Axundzadəyə həsr olunmuş
məqalə
İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində Azərbaycan
dramaturgiyasının banisi, ədib və
mütəfəkkir Mirzə Fətəli Axundzadə
haqqında məqalə dərc olunub.
Ölkəmizin İsveçrədəki səfirliyindən daxil olan məlumata görə, “Qafqazlı maarifçi” adlı məqalədə böyük yazıçı-dramaturq, filosof və ictimai xadimin həyat və yaradıcılığından ətraflı bəhs olunur.
Qafqaz üzrə jurnalist Eva-Maria Brandştedter və 2000-ci ildən Almaniyada yaşayan alim və jurnalist Rasim Mirzəyevin qələmə aldığı məqalədə Mirzə Fətəli oxuculara görkəmli maarifçi, əlifba üzrə islahatçı, filosof və ədəbiyyatçı kimi təqdim edilir, onun XIX əsrdə müsəlman alimləri arasında islahatlara dair aparılan müzakirələrdə əhəmiyyətli rolu təhlil olunur.
Məqalədə vurğulanır ki, Azərbaycan əhalisinin əksəriyyətinin dünyəvi baxışlara malik olmasında Mirzə Fətəli Axundzadə kimi maarifçi ziyalılar böyük rol oynayıb. Məqalədə Azərbaycanda görkəmli ədibin adını daşıyan küçələr, şərəfinə ucaldılmış heykəllər və salınmış parklar, eyni zamanda Bakıda fəaliyyət göstərən Milli Kitabxana barədə də oxuculara məlumatlar verilir.
Qeyd
edək ki, “Neue Zürcher Zeitung” qəzeti
İsveçrə Konfederasiyasının alman
dilində aparıcı mətbuat orqanlarından biridir.
Mədəniyyət.-
2013.- 16 yanvar.- . 10.