Zaqatalada bələdçi kurslarına böyük maraq var

 

   Azərbaycana gələn turistlərin sayı ilbəil artmaqdadır. Turizmə göstərilən dövlət qayğısı, bu sahədə islahatların uğurla davam etdirilməsi sayəsində müasir turizm infrastrukturu qurulur, xidmət səviyyəsi getdikcə yaxşılaşır. Bu sahədə turizm bələdçilərinin üzərinə böyük məsuliyyət düşür. Azərbaycana təşrif buyuran əcnəbi vətəndaşlar məhz onların vasitəsilə ölkəmizin tarixi, mədəniyyəti, coğrafiya etnoqrafiyası haqqında məlumat alırlar.

  

   Turistlərin paytaxt Bakı ilə yanaşı, bölgələrə marağının artması regionlarda bələdçilərin hazırlanmasını zəruri edir. Bu baxımdan, ölkəmizin digər bölgələri kimi, Şimal-Qərb regionunda da layihələr həyata keçirilməkdədir. Azərbaycan Turizm İnstitutu Mədəniyyət Turizm Nazirliyinin birgə layihəsi ilə bölgədə bələdçi kursları yaradılıb. Bu sahədə yerli mütəxəssislərə ehtiyac nəzərə alınaraq 2012-ci ildə kursun yaradılması qərara alındı. Bu həm bölgədə işsizliyin aradan qaldırılmasına kömək edir. Zaqatala Rayon Məşğulluq İdarəsi kursu bitirən şəxslərin işlə təmin olunmasına şərait yaratmışdır. Bu baxımdan bələdçi kurslarına maraq böyükdür.

   Kursun müddəti 2 ay olmaqla nəzəri praktik hissələrə bölünür. Kursda Azərbaycan tarixi, turizm ekskursiyanın təşkili, Azərbaycan etnoqrafiyası, mədəniyyəti incəsənəti kimi fənlər tədris olunur. Bölgədə çoxsaylı xalqların yaşadığını nəzərə alaraq, tədris prosesində hər bir xalqın etnoqrafiyası mədəniyyətinə xüsusi yer ayrılmışdır. Rəngarəng coğrafi şərait burada bir çox turizm növlərinin inkişafına şərait yaradır. Müdavimlərə dağ, piyada, kənd bir çox turizm növləri haqqında məlumatlar verilir. Nəzəri hissədə turizm sahəsində biliklərin möhkəmləndirilməsi, dil qabiliyyətinin inkişaf etdirilməsi müdavimlərdən xüsusi hazırlıq tələb edir.

   Nəzəri biliklərin praktika ilə tamamlanması xüsusi önəm kəsb edir. Dərsin praktik hissəsi Turizm İnstitutunun aparıcı mütəxəssisi Xanım Babayeva tərəfindən həyata keçirilmişdir. Turistlərlə ünsiyyət qurmaq, mövzunun seçilməsi, göstərilən obyektlər barəsində dolğun məlumat toplamaq bacarığı, mətnin qurulması kimi vərdişlər müasir metod üsullarla kurs dinləyicilərinə çatdırılmışdır. İlk öncə müdavimlərin göstəriləcək obyekt haqqında təəssüratları, məlumat səviyyəsi öyrənilir. Mütəxəssis tərəfindən əvvəlcədən hazırlanmış marşrut üzrə hərəkət zamanı kurs iştirakçılarına turun aparılması qabiliyyəti aşılanır. Turun gedişində uşaqlar icmal ekskursiya ilə tanış olmaqla Zaqatala rayonunun dünəni bu günü haqqında məlumatlar əldə edirlər.

   Qeyd edək ki, Zaqatalada olan 11 meydan tarixi abidə dərs turunun marşrutuna salınmışdır. Kurs iştirakçılarının ekskursiya zamanı polyak kilsəsi, Alban kilsəsi, Zaqatala qalası ilə tanışlığı dərsin tərtibatına uyğun mövzunun hazırlanmasına kömək edir.

   Aparıcı mütəxəssis Xanım Babayeva tərəfindən Zaqatala diyarşünaslıq muzeyinin praktik bələdçilik proqramına salınması da təsadüfi deyil. Məhz muzey işinin birbaşa turizmlə əlaqələndirilməsi mütəxəssisdən xüsusi bacarıq tələb edir. Muzey bələdçisi digər ekskursiya bələdçilərindən fərqlənir. Burada bələdçidən Azərbaycan tarixini, etnoqrafiyası mədəniyyətini bilməsi tələb olunur.

   Zaqatala tarix-diyarşünaslıq muzeyi 1967-ci ildə təşkil olunmuşdur. Muzeydə arxeoloji qazıntılar zamanı tapılan əşyalar, yerli sənətkarların əl işləri, müxtəlif növlü ərəbdilli yazılı mənbələr, bir sıra tarixi sənədlər yer alıb. Müdavimlər hər bir eksponatı ayrıca öyrənməklə onun tarixi əhəmiyyətini qeyd edirlər. Sonra hər bir iştirakçıya seçilmiş dövrə uyğun zalda praktik təcrübə keçməklə əldə olunan vərdişlər yoxlanılır.

   Kursun praktik hissəsinin sonunda iştirakçılar test imtahanı ilə yanaşı, müstəqil surətdə ekskursiya bələdçisi kimi imtahan verirlər. Kursun müvəffəqiyyətlə yekunlaşması burada hazırlanan mütəxəssislərin praktik həyatında da uğur qazanacağına ümidlər yaradır.

  

 

   Rasim Ələsgər

 

   Mədəniyyət.- 2013.- 16 yanvar.- S. 10.