Mirzə
Ələkbər Sabirin 150 illik yubileyi Berlində qeyd olunub
Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə Almaniyanın Berlin şəhərində tədbir keçirilib. Berlin Ədəbiyyat Evində təşkil olunan yubiley mərasimində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova tədbirin məqsədi barədə məlumat verib.
Ölkəmizin Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev çıxışında M.Ə.Sabirin yaradıcılığından söz açıb, onun “Molla Nəsrəddin” jurnalındakı yaradıcılığı timsalında Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində tənqid mədəniyyətinin cəmiyyətin inkişafındakı rolundan danışıb.
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux “Mirzə Ələkbər Sabir və dövrü”, Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin dekanı, filologiya elmləri üzrə fəlsəfə doktoru İman Cəfərov “Sabir yaradıcılığında Şərq-Qərb təsviri”, Berlində yaşayan yazıçı və Sabir yaradıcılığının tədqiqatçısı Məmmədəli Hüseyn “M.Ə.Sabir və Cəlil Məmmədquluzadə”, Humboldt Universitetinin gənc alimi Rüfət Səttarov “Sabir və onun zamanında dinlə bağlı diskussiyalar” mövzularında məruzələrlə çıxış ediblər.
C.Zərbəliyev
Mədəniyyət.-
2013.- 16 yanvar.- S. 10.