Vaşinqtonda Azərbaycanın mədəniyyətlərarası dialoqda rolundan söz açılıb

 

   Mərkəzi qərargahı Berlin şəhərində yerləşən Mədəniyyət Diplomatiyası İnstitutuCon Hopkins Universiteti nəzdindəki Transatlantik Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə yanvarın 9-dan 11-dək Vaşinqtonda Mədəniyyət Diplomatiyası üzrə İllik Konfrans keçirilib. Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov tədbirin iştirakçıları qarşısında məruzə ilə çıxış edib.

  

   Konfransda ABŞ və bəzi digər dövlətlərin fəaliyyətdə olansabiq rəsmiləri, bir sıra ölkələrin Vaşinqtonda akkreditə olunmuş səfirləri, akademikictimai dairələrin təmsilçiləri öz düşüncələrini iştirakçılarla bölüşüblər. Tədbirin açılışında ABŞ dövlət katibinin ictimai diplomatiyaictimai işlər üzrə müavini Tara Sonenşayn məruzə ilə çıxış edib.

   Konfransın ikinci günü çıxış edən səfir E.Süleymanovun məruzəsi “Ekstremizmradikalizmin digər formalarına qarşı mübarizədə “yumşaq güc” və mədəniyyət diplomatiyasının tətbiqi” mövzusuna həsr olunub. Mədəniyyətlərarası dialoqun dünyada sülh və əmin-amanlığın təmin edilməsi və ekstremizmin müxtəlif təzahürlərinin qarşısının alınmasında əvəzedilməz təsir imkanlarını önə çəkən diplomat ölkəmizin bu sahədə göstərdiyi səyləri diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində üzərinə götürdüyü bu rol ölkəmizin yerləşdiyi coğrafi məkan, özündə Şərq və Qərbin dəyərlərini cəmləşdirən zəngin mədəniyyəti və əsrlər boyu qoruyub-saxlaya bildiyi tolerantlıq irsindən təbii surətdə qaynaqlanır.

   Səfir son illər ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrin miqyasının genişləndiyini qeyd edib. Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında 2011-ci il aprelin 7-9-da Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla gerçəkləşdiyini qeyd edərək 2013-cü il 29 may - 1 iyun tarixlərində keçiriləcək ikinci Bakı Forumuna hazırlıq getdiyini vurğulayıb. Azərbaycan milli mədəniyyətinin təbliği məqsədilə görülən işləri qeyd edən diplomat bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dəyərli xidmətlərini nəzərə çatdırıb. Məruzədən sonra səfir E.Süleymanov iştirakçıların suallarını cavablandırıb.

 

  

    Mədəniyyət.- 2013.- 16 yanvar.- S. 3.