“Baku Creative Center”də dekorativ sənət əsərləri sərgilənir

 

   Yanvarın 15-də “Baku Creative Center” sərgi salonunda dekorativ-tətbiqi sənət ustalarının sərgisi açılıb. Sərgidə xalça, qobelen, batika, bədii keramika, bədii metal, bədii şüşə, bədii kafel, taxta oyma kimi müxtəlif sənət növləri təqdim olunur.

  

   Mir Teymur Məmmədov, İmran Kərimov, Saleh Məmmədov, İnna Kostina, Tamilla Qurbanova, Vahid Məmişov, Cəfər Əliquliyev, Ramiz Abbasov bir sıra gənc rəssamların əsərlərinin nümayiş etdirildiyi sərgi maraqla qarşılanıb.

   Sərginin məqsədi Azərbaycanda əsrlərlə inkişaf edən qədim sənət növlərinin bugünkü formalarını tamaşaçılara təqdim etmək, yaradıcı gənclərdə bu sahələrə olan marağı daha da artırıb təbliğ etməkdir.

   Açılış mərasimində çıxış edən rəssamlar dekorativ-tətbiqi sənət sərgisinin keçirilməsinin vacibliyini qeyd edib, sərginin “Baku Creative Center” sərgi salonunun ən uğurlu layihələrindən olduğunu vurğulayıblar.

   Sərgidə təqdim olunan sənət nümunələri satışa çıxarılıb.

 

  

   Mədəniyyət.- 2013.- 16 yanvar.- S. 3.