Rus poeziyasının ağcaqayını

 

   Ötən əsrin əvvəlində rus ədəbiyyatının dünya poeziyasına verdiyi məşhur simalardan biriSergey Yesenindir. Lirik şairin nakam həyatının qısa, amma yaradıcılıq baxımdan məhsuldar bir dövrü Bakı ilə bağlı olub.

  

   Sergey Yesenin 1895-ci ildə Rusiyanın Ryazan şəhərində dünyaya göz açır. İlk şeirlər kitabı 1915-ci ildə işıq üzü görür. Cəmisi 30 il ömür sürən şair poeziya səmasında parlaq ulduza dönür. Qeyri-adi poetik istedadı onu təkcə Rusiyada deyil, habelə Şərqdə, Avropada, Amerikada tanıdır, sevilən şair edir.

   O, bəstəboy, sarışın və mavigöz bir gənc idi. A.Tvardovski şairin özünün və poeziyasının gözəlliyinə işarə edərək onuRusiya ağcaqayını” adlandırıb. Lakin böyük inamehtirasla: “Mən nəğməkar şair və vətəndaş olmaq istəyirəm” - deyən şairə ədəbi mühitdə bir ögey münasibət vardı. Moskvada, Sankt-Peterburqda onuburjua şairi” adlandırıblar. Əsərləri sovet poeziyası üçün “faydasız, gərəksiz” hesab edilib. O isə kədərli bir nikbinliklə yazırdı:

  

   Bəlkə, biz də ölərik,

   Dilənçi torbasından

   Möhlət ala bilmərik...

   Deyəsən, tezliklə növbə mənimdir,

   Yır-yığış növbəsi yetişdi mənə...

   Lakin Rusiya bizi

   Yad edəcəkdir yenə.

  

   Sergey Yesenin ömrünün son iki ilini Qafqazda (Bakı, Tiflis, Batumi) keçirib. Bu müddətdə o daha məhsuldar işləyir. Məşhurİran nəğmələrisilsiləsindən şeirləri, “Anna Snegina”, “Yerin kapitanı”, “Xatirələr”, “Əlvida, Bakı!”, “Bacıma məktub”, “Parla, ulduzum mənimkimi əsərlərini yazır. İran nəğmələriheyrətamiz dərəcədə qeyri-adi, parlaq yüksək romantik pafosla yazılıb. Bu şeirlər küskün ruhdan, kəskin ifadə tərzindən, süni sərtlikdən uzaq zərif incilərdir. Bu poetik nümunələrdən görünür ki, burada onun şair duyğuları incəlib, əsəbləri sakitləşib ona qarşı yönəldilən haqsız iftiralardan xilas olub. Şərq mühiti onun həyatına qeyri-adi yeniliklər gətirib nikbinlik, səmimilik duyğuları aşılayıb.

   Məlumdur ki, Şərq poeziyasında gözəlin xumar gözlərini daha çox nərgizə, yanaqlarını laləyə, qara saçlarını zülmət gecəyə pərişanlığa, dodaqlarını yaquta, qaşlarını kamana, kirpiklərini oxa s. bənzətmək geniş yayılan ədəbi maneradır. Yesenininİran nəğmələri”ndə bu cizgilərə tez-tez rast gəlinir... O daha sonra etiraf edərək yazır ki, burada - Qafqazda onun həyatında sanki möcüzə baş verir. Özündə gümrahlıq, xüsusi bir eşqlə yazıb-yaratmaq qüvvəsi hiss edir. Bütün bunlar Şərq gözəlinə müraciətlə yazdığı bu misralarda özünü aydın göstərir:

  

   Sən öz nəfəsinlə məni məst elə,

   Qəlbimin dərdini, kədərini qov.

   Şimallı bir qızın həsrəti ilə

   Ah çəkib, düşünüb, darıxmayım qoy!

 

   Şair Qafqaz təbiəti ilə tanış olduqca özünün kədərli həyat yaradıcılıq dramasından uzaqlaşaraq qəlb rahatlığı tapmasına sevinir. Azad, sərbəst xoşbəxt günlər onu həyəcanlandırır. Bu cəhətdən onunƏlvida, Bakı!” şeiri çox səciyyəvidir:

 

   Əlvida, Bakı! Ey Şərq üfüqləri, əlvida!

   İnan, qanım soyusa, taqətdən düşsəm mən -

   Apararam, gedəcək mənimlə ta qəbrəcən

   Balaxanı mayı da, Xəzər dalğaları da.

  

   Göründüyü kimi, burada şair özünə həqiqi qəlb dostları tapmağında, Bakının qaynar mühiti ilə, Xəzər sahilləri, Mərdəkan, Balaxanı torpağından ayrılmanın çətinliklərindən ürəklə söhbət açır...

   20-ci illərə qədər S.Yesenin yaradıcılığında dini motivlər, pessimist fikirlər, formal ədəbi məktəblərin təsiri süni notlar qabarıq nəzərə çarpıb. Bəlkə bunlara işarə edərək şair yazır ki, mən bir sıra şeir poemalarımdan məmnuniyyətlə əl çəkərdim.

   Sonralar M.Qorki yazıb: “Sergey Yesenini bizim gerçəklikdən ayrı təsəvvür etmək, onun üstündən xətt çəkmək mümkün deyildir. O, köhnəliklə yenilik arasındakı barışmaz təzadların parlaq dramatik simvolu olaraq qalır”.

   Həqiqətən , Yeseninin olduqca milli humanist poeziyası zamanın sınağından ləyaqətlə çıxır. Puşkin, Lermontov Nekrasov şeirinin ən istedadlı davamçısı olaraq rus poeziyasını çeşidli, mənalı rənglərlə zənginləşdirir.

   Onun taleyi çox uğursuz olub. 1914-cü ildə 19 yaşında ikən Moskva mətbəəsində korrektor işləyən Anna Romanovla ailə qurur. Yura adlı oğlu olur, amma bu evlilik uzun sürmür. 1917-ci ildə Zinaida Nikolayevna Rayxla kəbin kəsdirir. Bu nikahdan Konstantin adlı oğlu, Tatyana adlı qız dünyaya göz açır. 1921-ci ildə sovet hökumətinin dəvəti ilə görkəmli Amerika balerinası Aysedora Dunkan Moskvaya gəlir. Bir müddət balet məktəbində dərs deyir. Dunkan onun növbəti sevgisi olur. 1922-ci ilin əvvəlində onlar kəbin kəsdirərək xaricə gedirlər, Avropa Amerikanı gəzirlər. Bu səyahət zamanı şairDəmir Mirqorod”, “Yaramazlar ölkəsiQəlb açarıadlı məşhur əsərlərini yazır. Xaricdən qayıtdıqdan sonra öz doğma vətəninə daha möhkəm tellərlə bağlanır. Onun A.Dunkanla birgə həyatı 1923-cü ilin payızına kimi davam edir. İl yarım sonra Yesenin Dunkandan ayrılır. 1925-ci ilin mayında böyük rus yazıçısı L.N.Tolstoyun nəvəsi Sofiya Andreyevna ilə evlənir. Sofiya şairə böyük qayğı ilə yanaşır. Lakin əcəl imkan vermir. 1925-ci ildə dekabrın 27-dən 28-nə keçən gecə Yesenin Sankt-PeterburqdaAnqleterhotelində özünü asaraq intihar edir.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2013.- 18 yanvar.- S. 15.