Kitabxanaların
fəaliyyətində internetin tətbiqi
Kitabxana əməkdaşları üçün təlim kursu
Azərbaycan kitabxanalarının işinin keyfiyyətinin
artırılmasında rəqəmsal texnologiyalardan
geniş istifadə hesabına fəaliyyətin
modernləşdirilməsi zəruri şərtdir. Kompyuter
proqramlarının informasiya proseslərinə
tətbiqi kitabxanaların artıq rəqəmsal formada toplanmış və daim
genişlənən informasiya massivləri
ilə oxucular arasında əlaqələndirici
vasitə olan əməkdaşların bu sahədə biliklərini
artırmasını zəruri edir. Lakin bu gün
ekspertlər səviyyəsində elektron proqramlarla bağlı biliklərə yiyələnmiş
və oxuculara lazımi səviyyədə
kömək göstərə biləcək
kitabxanaçıların sayı azdır.
Rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində elə vəziyyət yaranıb ki, bir neçə il əvvəl ali ixtisas təhsili almış mütəxəssislər bu gün müasir elektron proqramları müstəqil surətdə, adekvat şəkildə və tam həcmdə mənimsəmək və gündəlik işlərində onları tətbiq etməkdə çətinlik çəkirlər. Nəticədə kitabxanaların səviyyəsi rəqəmsal dövrümüzün imkanlarından və tələblərindən xroniki şəkildə geri qalır.
Bu vəziyyətdən çıxmağın mümkün variantlarından biri kitabxana əməkdaşlarının fasiləsiz təhsil sisteminin yaradılmasıdır. Həmin sistemin potensial dinləyicilərinin bütün respublika ərazisini əhatə etməsini, təlimlə mütəxəssislərin iş yerində olması tələbini əlaqələndirmək zərurətini, həmçinin bu istiqamətin reallaşdırılması üçün resursların məhdudluğunu nəzərə alsaq, distant təlim sisteminin yaradılması bu məsələnin optimal həlli ola bilər.
Bunun reallaşdırılması üçün zəruri texniki imkanlar və ilkin təşkilati şərtlər var. Azərbaycan kitabxanalarının internetə qoşulması sayəsində sistemin potensial dinləyicilərinin distant serverlərə, o cümlədən maarifləndirici portallara qoşulmaq imkanı təmin edilib. Mədəniyyət işçilərinin yenidən hazırlanma və ixtisasartırma mərkəzləri distant kurslar təşkil edilməsi üçün məxsusi proqram platformaları əldə edərək bu təlim sahəsində kifayət qədər təcrübə qazanıblar.
Distant təlim
sistemi maksimal dərəcədə çevikdir. Bu sistem müdavimlərin konkret qrupunun prioritetlərindən və
xüsusiyyətlərindən asılı olaraq kursları asanlıqla modifikasiya etmək yolu ilə bütün
çağırışlara operativ reaksiya vermək imkanı yaradır. Təcrübə göstərir ki,
distant məşğələlər bacarıqla təşkil edildikdə onların effektivliyi auditoriya şəraitində əyani
məşğələlərin effektivliyindən heç də geri qalmır.
Distant təlim proqramının bu istiqamət üzrə reallaşdırılmasını
davam etdirmək məqsədilə məxsusi
olaraq Azərbaycan kitabxanalarının əməkdaşları
üçün hazırlanmış
“Kitabxanaların fəaliyyətində
internetin tətbiqi” kursu təklif edilir.
Kurs aşağıdakı əsas
bölmələrdən ibarətdir:
Qlobal kompyuter şəbəkələrinin
təşkilati-texnoloji strukturu.
İnternetdə işləmək üçün proqram təminatı və informasiya təhlükəsizliyi.
Sənədlərin komplektləşdirilməsində
və işlənməsində
İnternetin tətbiqi.
İnternet-resursların təsviri.
Biblioqrafik sorğu işində
İnternetin tətbiqi.
Kitabxana fondları ilə
işdə və oxuculara xidmətlər göstərilməsində İnternetin
tətbiqi (elektron kitabxanalar).
Kitabxananın veb-saytının yaradılması və inkişaf etdirilməsi.
Kitabxana işi təcrübəsində
Veb2 əlavələrindən istifadə.
Kurs dinləyiciləri internetdə peşəkar
səviyyədə işləmək
üçün zəruri
bilik, bacarıq və vərdişlər kompleksi ilə təmin edəcək.
Kurslarda təlimin internet serverdə yerləşdirilmiş
ixtisaslaşdırılmış proqram vasitələrindən
istifadə edilməklə
distant rejimdə həyata
keçirilməsi nəzərdə
tutulur. Təhsil prosesinə mühazirələrin
mətnlərinin öyrənilməsi,
əlavə ədəbiyyatla
tanışlıq, özünü
yoxlamaq üçün
tapşırıqların yerinə
yetirilməsi daxildir.
Kursun hər bölməsi üzrə yoxlama kimi test suallarına cavab verilməsi və praktiki tapşırıqların
icrası nəzərdə
tutulub. Dinləyicilər proqram təminatına
daxil edilmiş mesajlar mübadiləsi sistemləri, forum və bloqlar vasitəsilə həm müəllimlərlə,
həm də tədris qrupu üzrə həmkarları
ilə daim qarşılıqlı əlaqə
saxlayacaqlar.
Kursun müddəti 2 ay təşkil edir. Dinləyici tədris materialları ilə işləmək üçün orta hesabla hər gün təxminən 2 akademik saat vaxt
ayırmalıdır.
Lətifə Məmmədova,
Mədəniyyət və
Turizm Nazirliyinin
Kitabxana sektorunun müdiri
Mədəniyyət.-
2013.- 18 yanvar.- S. 4.