Musiqidə romantizm
Professor Tərlan Seyidovun
və şagirdlərinin
seminar-konserti
G.Şaroyev adına 35 saylı 11 illik uşaq musiqi məktəbinin konsert zalında Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı
ilə Bakı şəhər musiqi məktəbləri müəllimləri
üçün professor Tərlan
Seyidovun XIX əsr musiqi insənətinin başlıca istiqaməti
olan romantizmə həsr olunmuş elmi-metodiki seminar-konserti təqdim edildi.
Tədbiri Elmi-Metodiki Mərkəzin
Təhsil şöbəsinin
müdiri Natiq Mustafayev açaraq, gənclərin bədii tərbiyəsi və müəllimlərin professional səviyyəsinin daha da təkmilləşdirilməsi
istiqamətində görülən
işlərdən danışdı.
Seminarı Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının
professoru, pedaqogika və metodikanın tədrisi üzrə BMA-nın elmi-eksperimental məktəb-studiyasının direktoru,
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
doktoru, professor Tərlan
Seyidov aparırdı.
O, musiqi əsərlərinin
bədii məzmununun başlıca komponentləri
və onların digər sənət növləri ilə, ədəbiyyatla əlaqəsindən
söz açdı, təlim-tərbiyə prosesinin
təşkilinin metod və formalarına, didaktik prinsiplərə
aid problemlərə toxundu.
Təcrübi məşğələ
professor Tərlan Seyidovun
tələbələri - BMA-nın magistr şöbəsinin məzunları,
pianoçuların beynəlxalq
müsabiqələrinin laureatları
- Mələk Qocayeva və Fəqan Həsənlinin parlaq çıxışları ilə
başa çatdı.
Gənc pianoçuların ifasında
romantizm cərəyanının
yüksək zirvələrinə
aid olan bəstəkarların
əsərləri - Ferens
Listin 1 saylı və Sergey Raxmaninovun 3 saylı fortepiano konsertləri
səsləndi.
Seminarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov, mərkəzin əməkdaşları Səid
Hacıyev, Leyla Rzayeva, Lalə Musayeva, Azər Məmmədov, Q.Qarayev adına 8 saylı və G.Şaroyev adına 35 saylı 11 illik uşaq musiqi məktəblərinin
direktorları - əməkdar
müəllimlər Kamal
Paşazadə və Yusif Vəliyev, 3 və 11 saylı musiqi məktəblərinin
direktorları Mehin Orucova və Rövşən Məmmədov,
ali və orta ixtisas musiqi
müəssisələrinin şagird və müəllimləri iştirak
edirdilər.
Aytən İbrahimova,
Musiqişünas
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 7.