Mədəniyyətə
aid veb-saytlar
haqqında yeni kitab
Bu günlərdə
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyətə
aid veb-saytların istifadəçi ilə
qarşılıqlı təsiri. Tövsiyələr. Vzaimodeystvie veb-saytov po kulğture s polğzovatelem. Rekomendaüii” kitabı işıq üzü görmüşdür.
Kitab mədəniyyət sahəsində çalışan mütəxəssislər üçün böyük töhfədir və “İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə dəyərli vəsait kimi istifadə olunacaq.
Mədəni irsin rəqəmləşdirməsi üzrə fəaliyyətin koordinasiyası üçün yaradılmış MINERVA Avropa şəbəkəsi 2002-ci ildən işləyir. Rusiyanın Mədəniyyət Nazirliyi bu işdə 2003-cü ildən fəal iştirak edir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi də bu işə qoşulmuşdur.
“Mədəniyyətə aid veb-saytların keyfiyyətinin prinsipləri” adlı rəhbər vəsait 2006-cı ildə rus dilinə tərcümə olunmuş və dərc edilmişdir. Kitab 2007-ci ildə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmişdir. Nəşrə yazılmış ön sözdə Avropa İttifaqının mədəni və elmi irsin rəqəmləşdirməsi sahəsində siyasəti, proqramları və layihələri, eləcə də MINERVA, MINERVA PLUS və MINERVA EC layihələrinin fəaliyyətinin nəticələri təfərrüatı ilə təsvir edilmişdir.
Bu işin davamı kimi MINERVA şəbəkəsinin iştirakçıları tərəfindən hazırlanmış, mədəniyyət müəssisələrinin və təşkilatlarının yüksək keyfiyyətli veb-nümayəndəliklərinin yaradılması problemlərinə həsr edilmiş daha bir vəsait - “Mədəniyyətə aid veb-saytların istifadəçi ilə qarşılıqlı təsiri” adlı kitab rus və Azərbaycan dillərinə tərcümə edilərək nəşrə hazırlanmışdır.
Mədəniyyətə aid internet-resursların
istifadəçisi kimdir?
Onun hansı maraq və ehtiyacları
var? İstifadəçinin
ehtiyaclarını tam təmin
etmək üçün
nə etmək lazımdır? Gəncləri
mədəniyyətə aid saytlara və portallara necə cəlb etməli və həmin saytlar və portallar vasitəsilə
real kitabxanalardan, muzeylərdən,
arxivlərdən istifadə
edilməsini necə stimullaşdırmalı? Nəşrdə
bu suallara cavab tapmaq olar.
Mədəniyyətə
aid sayt və portallarda müasir internet texnologiyalarının praktik
istifadəsinin çoxsaylı
nümunələri bu
vəsaitin xüsusi dəyərini təşkil
edir. Kitabın ön sözündə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev yazır: “Şəbəkə
resurslarının hörmətli
istifadəçiləri! İnternetdə
reallaşdırılan istənilən
mədəni layihədə
müəyyən dəyərlərə
istinad edilir. Öz ölkəsinin dünyanın müxtəlif
guşələrində formalaşan
obrazı üçün,
onun yeri üçün məsuliyyəti
öz üzərinə
götürmək - mədəniyyətin
qarşısında duran
mühüm məsələlərdən
biridir. Bu məsələnin
həlli üçün
internet çox böyük
vasitələr ehtiyatına
malikdir. Ölkənin
böyüklüyünü, onun möhtəşəmliyini
müəyyən edən
meyar nə həmin ölkənin ərazisinin ölçüsüdür,
nə onun təbii ehtiyatları, nə də sərvətləri. Ölkənin
böyüklüyü, möhtəşəmliyi
onun xalqına xas olan, bu
ölkənin təqdim
etməyə hazır
olduğu real mədəniyyəti
ilə müəyyən
edilir. Bu mənada mədəniyyət XXI əsrin
tükənməz resursuna
çevrilir. Qloballaşma
şəraitində məhz
bənzərsiz mədəniyyətimiz
sayəsində bizim milli identikliyimiz bərqərar olur, məhz onun sayəsində biz informasiya
axınında əriyib
getmirik. Bizim inkişaf etdirərək zənginləşdirdiyimiz azərbaycançılıq
fəlsəfəsinin mahiyyəti
də bundan ibarətdir”.
Ümid edirik ki, bu
vəsait kitabxana, muzey və arxiv
mütəxəssislərinin, digər mədəniyyət
işçilərinin müasir
internet texnologiyaları və
xidmətlərin səviyyəsi
haqqında öz təsəvvürlərini genişləndirməsinə,
onların yaratdıqları
saytları və portalları təkrar gözdən keçirmələrinə
və bu resursları daha da müasirləşdirməyə
kömək edəcəkdir.
İnternetdə hələ
təmsil olunmayan mədəniyyət müəssisələri
və təşkilatları
bu nəşrdə müasir saytın planlaşdırılmasına başlamağa
kömək edəcək
tövsiyələr və
vasitələr tapacaqlar.
Kitab nazirliyin bölgüsü əsasında
bütün kitabxana və muzeylərə göndəriləcək.
Lətifə Məmmədova,
Mədəniyyət və
Turizm Nazirliyinin
Kitabxana sektorunun müdiri
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 6.