Tarixin qan yaddaşı
Astara Rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinə həsr olunmuş xatirə gecəsi keçirildi. Tədbirdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov “Tarixin qan yaddaşı” mövzusunda məruzə etdi. MKS-nin direktor müavini İlyas Məmmədov, Uşaq şöbəsinin müdiri Növrəstə Məmmədova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova və baş kitabxanaçı Sürəyya İsayeva çıxışlarında bildirdilər ki, 20 Yanvar faciəsində xalqımız şəhidlər verdi, lakin əyilmədi, azadlıq yolunda qalib gəldi. 23 ildir ki, Şəhidlər xiyabanı müqəddəs ziyarətgah və and yerimizdir. Şəhidlərin əziz xatirəsi heç vaxt unudulmayacaq.
Sonda tədbir iştirakçıları kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi guşəyə baxıblar.
Natəvan Mədətzadə,
Astara Rayon Mərkəzi
Kitabxanasının
əməkdaşı
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 5.