Mədəniyyət
və Turizm Nazirliyinin
kollegiya iclası keçirilib
Yanvarın 22-də Mədəniyyət
və Turizm Nazirliyinin
kollegiya iclası keçirildi.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin
sədrliyi ilə keçən iclasda ilk olaraq «Mədəniyyət»
qəzeti və «Mədəni həyat» jurnalında mədəniyyət
və turizm sahələrinin müasir tələblərə uyğun işıqlandırılması\"
məsələsi müzakirə olundu.
Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev məsələ ilə bağlı məruzə etdi. Məruzədə Mədəniyyət və Turizm Nazirliyinin təsisçisi olduğu nəşrlərin qənaətbəxş fəaliyyəti qeyd olunmaqla yanaşı, ümumilikdə mədəniyyət və turizmdən yazan mətbuat vasitələri və jurnalistika üçün xarakterik olan bir sıra problemlər nəzərə çatdırıldı. Mövzu əlvanlığı, dünya mədəniyyətində gedən proseslərin işıqlandırılması, dilin qorunması və inkişafı kimi məsələlərə xüsusi diqqət yetirilməsi tövsiyə olundu.
Hər iki nəşrin illik planının hazırlanıb təqdim olunması, informasiya ilə iş konsepsiyasının hazırlanmasının zəruriliyi vurğulandı.
Vaqif Quliyev həmçinin «Mədəniyyət mövzusunda publisistik məqalə» müsabiqəsinin keçirilməsini təklif edərək, müsabiqənin bu sahədə müsbət stimul yarada biləcəyini söylədi.
Daha sonra fikirlərini bildirmək üçün «Mədəniyyət» qəzetinin baş redaktoru İntiqam Hümbətova söz verildi. O, nəşrlərin işinə göstərilən diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib, qəzetin fəaliyyətində ortaya çıxan problemləri qeyd etdi.
«Mədəni həyat» jurnalının baş redaktoru Yaşar Vəliyev söylənilən iradlarla razılaşdığını bildirərək, mövcud çətinliklərdən, abunə işinin təşkilindən danışdı.
Kollegiya üzvləri - mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov müzakirə olunan məsələ barədə fikirlərini, təklif və iradlarını bildirdilər, müsbət və neqativ məqamları qeyd etdilər.
Nazir Əbülfəs Qarayev nəşrlərin işində bir sıra çatışmazlıqların olduğunu qeyd edərək dərc olunan materiallarda tənqidə yer verməyin zəruriliyini, ümumiyyətlə, bu mövzuya ümumrespublika kontekstindən yanaşaraq müqayisəli təhlillər aparmağın vacibliyini bildirdi.
\"Mədəniyyət\" qəzetində turizm sahəsinə daha geniş diqqət ayrılmasının vacibliyi vurğulandı, bu sahədə mütəmadi xüsusi buraxılışların hazırlanması tövsiyə olundu. Nazir yaxın iki ay ərzində məsələ ətrafında tədbirlər planının hazırlanması barədə göstəriş verdi.
Daha
sonra kollegiyanın gündəliyində duran ikinci məsələ
- Mədəniyyət və Turizm Nazirliyinin Ümumi
şöbəsinin fəaliyyəti müzakirə olundu.
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 3.