Milli rəqslərimizdən sənət
çələngi
Azərbaycan
Dövlət Rəqs Ansamblı geniş konsert proqramı ilə
çıxış edib
Yanvarın 23-də Azərbaycan Dövlət Rəqs
Ansamblı geniş konsert proqramı ilə
çıxış edib. Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında keçirilən gecədə
ansamblın repertuarında yer alan milli rəqslərimiz ifa
olunub.
Ansamblın bədii rəhbəri,
milli mahnı və rəqslərimizin qorunmasının və
tədqiqinin yorulmaz təbliğatçısı, Xalq artisti
Afaq Məlikovadır.
1938-ci ildə Azərbaycanın dahi
bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən
yaradılmış kollektivə müxtəlif illərdə
bir çox tanınmış bəstəkarlar rəhbərlik
ediblər. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi,
Tutu Həmidova, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova,
Böyükağa Məmmədov, Kamil Dadaşov, Əlikram
Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs
ustaları yetişib.
Musiqi mədəniyyətimizin təbliğində
müstəsna xidmətlərinə görə ansambl 1958-ci
ildə “Əməkdar kollektiv” fəxri adına layiq
görülüb.
Ansambl fəaliyyəti
dövründə dünyanın bir çox ölkələrində
solo konsertlərlə çıxış edərək Azərbaycan
mədəniyyətinin yüksək səviyyədə təbliği
və tanıdılmasına töhfələr verib.
Mədəniyyət.-
2013.- 25 yanvar.- S. 8.