Ölkəmizin
turizm imkanları İstanbulda
sərgilənir
Yanvarın 24-də Türkiyənin
İstanbul şəhərindəki
TÜYAP Konqres və Sərgi Mərkəzində
“EMİTT-2013” - Şərqi Aralıq dənizi Beynəlxalq turizm sərgisi açılıb.
Miqyasına görə dünyanın beşinci turizm sərgisi olan və 70 ölkədən 4500 şirkətin təmsil olunduğu bu mötəbər tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, həmçinin “Azərbaycan Hava Yolları” (AZAL), “SW travel”, “ATA travel”, “Millennium Tourism and Congress”, “The tour”, “Gilan tourism”, “Sultan travel”, “Geo travel”, “Regea travel” turizm şirkətləri və “Chinar Hotel and Spa Naftalan", “Jumeirah Bilgah Beach hotel”, “Divan Express hotel”, “Fairmont Baku”, “My way hotel” mehmanxanaları iştirak edirlər.
Azərbaycanın TÜYAP-ın 2-ci salonunda 70 kvadratmetr sahədə quraşdırılmış geniş pavilyonunda ziyarətçilərə və tədbirin iştirakçılarına paylanmaq üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları təqdim edilmişdir.
Sərgiyə gələn ziyarətçilər və iştirakçı şirkətlərlə Azərbaycanın turizm şirkətlərinin təmsilçiləri arasında görüşlər də keçirilir.
Sərginin açılışında çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bildirib ki, yanvarın 27-dək davam edəcək tədbirdə Türkiyə və digər ölkələrin turizm şirkətləri qarşılıqlı əməkdaşlıq və turizm bazarında daha əlverişli yer tutmaq üçün mühüm imkanlar əldə edirlər. Bu cür sərgilərin nəticəsidir ki, keçən il Türkiyəyə 32 milyon əcnəbi turist gəlib.
Ərtoğrul
Günay, “EMİTT-2013” sərgisinin fəxri
qonaq ölkəsi olan
Argentinanın turizm naziri
K.E.Meyer, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin
Turizm şöbəsinin müdiri
Aydın İsmiyev, ölkəmizin
İstanbuldakı baş konsulluğunun
əməkdaşları və digər rəsmilər sərgidəki
pavilyonlarla tanış olublar.
Mədəniyyət.-
2013.- 25 yanvar.- S. 3.