Bakıda alman rejissorun filmi nümayiş olundu
Yanvarın 24-də
“Kapellhaus” Alman-Azərbaycan
Mədəniyyət Birliyində
Almaniya və Fransanın Bakıdakı
səfirliklərinin birgə
təşkilatçılığı ilə keçirilən “Alman-Fransız mədəniyyət
günləri” çərçivəsində
Vim Vendersinin “Pina” filmi nümayiş olundu.
Alman rejissorun sənədli
filmi 2011-ci ildə istehsal edilib və müasir rəqslər üzrə xoreoqraf Pina Bauş (Bausch) haqqındadır.
Ekran əsəri 61-ci Berlin beynəlxalq
film festivalında müsabiqədənkənar
nümayiş olunub.
Maraqlı bir məqam
odur ki, filmin hazırlıqları
zamanı xoreoqraf gözlənilmədən vəfat
edib və rejissor filmin istehsalını dayandırıb.
Lakin digər rəqqasların təkidi ilə film çəkilərək başa
çatdırılıb.
Filmdə xoreoqraf Pinaya
məxsus modern balet rəqsləri elementlərindən
ibarət tamaşalar geniş yer alır. Məşq prosesi, bu sənətin çətinlikləri
təsvir olunur. Film dörd hissədən
ibarətdir və hər hissədə xoreoqrafın yaradıcılığı
göstərilir.
Reyhan
Mədəniyyət.-
2013.- 25 yanvar.- S. 3.