Musiqi sənətimizin beşillik salnaməsi

 

   Azərbaycan Bəstəkarlar İttifaqının ötən ilin dekabrında keçirilən IX qurultayı musiqi tariximizə daha bir yaddaqalan səhifə yazdı. Bəstəkar və musiqişünasların birgə yaradıcılıq hesabatı olan qurultay son beş ilin musiqi-bədii nailiyyətlərinə, ittifaqın müxtəlif istiqamətlərdə fəaliyyətinə yekun vurmaqla yanaşı, onun yaradıcılıq, dialoq, tərəqqi və maarifçi missiyasının uğurlarını da geniş ictimaiyyətlə bölüşdü.

  

   Ənənələrinə sadiq qalan Bəstəkarlar İttifaqı son qurultayında da hesabatını konsertlər, tamaşalar, premyeralar, müzakirə və diskussiyalarla verdi. Eyni zamanda, qurultay iştirakçılarına qurumun beşillik fəaliyyətinə dair qiymətli kitab da təqdim edildi: “Azərbaycan Bəstəkarlar İttifaqı: 2007-2012”.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin musiqi mədəniyyətinin inkişafına dövlət səviyyəsində qayğısı musiqi ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Kitabın “Bəstəkar və musiqişünasların doğma ocağı” bölümü yaxşı işləmək, məhsuldar yaratmaq üçün ABİ-yə dövlət səviyyəsində yaradılan maddi və mənəvi imkanlar haqqındadır.

   Kitabda ABİ-nin doğma ocağının iyirmi ildən sonra özünə qaytarılması, Prezidentin sə-rəncamı əsasında binanın əsaslı təmiri, açılış mərasimində ölkə başçısı İlham Əliyevin UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva ilə birlikdə iştirak etməsi, tövsiyələrini verməsi yüksək qiymətləndirilir. Yüksək səviyyəli təmir və yenidənqurma işləri nəticəsində gözəl memarlıq abidəsi olan üçmərtəbəli tarixi bina (1912) daha gözəl görkəm almış, Bəstəkarlar İttifaqının kollektivi normal şəraitdə çalışmaq üçün müasir texniki avadanlıqlarla təmin edilmişdir. Binada 27 müxtəlif təyinatlı otaq, müasir konsert salonu, konfrans zalı, kitabxanainzibati otaqlar istifadəyə verilmişdir. Yeni yaradılan konsert salonu üçün əsasən Almaniya istehsalı olan musiqi alətləri alınmış, rəqəmsal kompyuter musiqi sistemi ilə təchiz olunmuş səsyazma studiyası yaradılmışdır. Təşkilatın fondunda Azərbaycan bəstəkarlarının 750-yə yaxın nadir əlyazmasının və 500-dən artıq nəşrin qorunub saxlandığı kitabxana otaqları da yenidən qurulmuşdur.

   Nəşrdə ABİ-nin 75 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı, yubileyin böyük sənət bayramı səviyyəsində keçirilməsi barədə materiallar maraqla oxunur. Yubiley münasibətilə keçirilən beynəlxalq musiqi festivalı, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif tədbir, konsert və görüşləri təfərrüatı ilə işıqlandırılır. İttifaqın konsert salonunun istifadəyə verilməsi musiqi ictimaiyyətinə qiymətli töhfə kimi dəyərləndirilir.

   Bu bölümdə musiqi sənətimizə dövlət qayğısından da bəhs olunur. Qeyd olunur ki, 2007-2012-ci illərdə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ittifaqın üzvləri olan bəstəkarlar və musiqişünaslardan 5 nəfər Xalq artisti, 33 nəfər Əməkdar incəsənət xadimi, 1 nəfər Əməkdar artist, 7 nəfər Əməkdar müəllim, 1 nəfər Əməkdar mədəniyyət işçisi fəxri adına, 5 nəfər Prezidentin fərdi təqaüdünə layiq görülmüş, 4 nəfər “Şöhrət” ordeni, 1 nəfər “Tərəqqi” medalı, 1 nəfər Prezidentin Fəxri fərmanı ilə təltif olunmuşlar. Yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən tanınmış musiqi xadimləri, bəstəkarlar bütün bunları dövlətimizin başçısının Azərbaycan musiqisinə və incəsənətinə qayğısının nümunəsi kimi qiymətləndirirlər.

   Bəstəkarlar İttifaqının “İpək Yolu” beynəlxalq musiqi festivalında (2010, 2011, 2012), Qəbələ beynəlxalq musiqi festivallarında, Üzeyir Hacıbəyli, Qara Qarayev, Mstislav Rostropoviç adına beynəlxalq festivallarda iştirakı, bu tədbirlərdə bəstəkarlarımızın əsərlərinin xarici ölkələrin nüfuzlu musiqiçiləri, orkestrləri tərəfindən ifası və s. bu kimi zəngin faktlar qurumu ictimai-mədəni həyatımızın fəal üzvü kimi təqdim edir.

   ABİ-nin respublika qadınlarının III qurultayında, Bakının “İslam mədəniyyətinin paytaxtı” elan olunması (2009) tədbirlərində, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumunda, Bakı Beynəlxalq Humanitar Forumunda, həmçinin Almaniya, İtaliya, Fransa, İsveçrə, Rusiya və digər xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərində, UNESCO-nun incəsənət mərasimlərində yaxından iştirakı da onun mədəniyyət proseslərində fəal mövqeyini açıqlayır.

   Ulu öndər Heydər Əliyevin doğum günü, 20 Yanvar, Azərbaycanlıların soyqırımı günü, “Xocalıya ədalət” kampaniyası ilə bağlı həyata keçirilən tematik konsertlər, konfranslarplenumlar qurumun öz ictimai-humanist missiyasını layiqincə yerinə yetirməsinə əyani sübutdur. Bu xüsusda ictimai-siyasi proseslərlə bağlı sənətkar mövqeyinin bədii inikası olan əsərləri qeyd etmək istəyirik. C.Hacıyevin “Şəhidlər” (7 saylı) simfoniyası, F.Əlizadənin “İntizar” operası, V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, T.Bakıxanovun “Qarabağ harayı”, N.Məmmədovun “Xocalı”, A.Rzayevin “Bakı-90” simfoniyaları, S.İbrahimovanın “Vətən şəhidləri” kantatası, S.Fərəcovun “Matəm lövhələri” simfonik poeması, A.Zahidin “Xocalı yol gözləyir” rekviyemi, şəhidlərə həsr olunan mahnılar həmin tədbirlərdə ifa edilmişlər. Bu tədbirlər və əsərlər gənclərin vətənpərvərlik tərbiyəsində bəstəkarlarımızın fəal iştirakının göstəricisidir.

   Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Muğam aləmi”, “Üzeyir dünyası”, “Muğam ensiklopediyası” layihələrində Bəstəkarlar İttifaqının iştirakı barədə nəşr vasitəsilə müəyyən məlumat almaq olar.

   Muğam aləmi” beynəlxalq festivalı və müsabiqəsinə, beynəlxalq muğam simpoziumlarına, Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş məlumatlar da maraqla oxunur. Burada beynəlxalq muğam festivalı və simpoziumlarında Bəstəkar İttifaqının təşkilati rolundan, məruzələrdən bəhs olunur. Ü.Hacıbəylinin 125 illiyi haqqında Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq təşkil edilən “Üzeyir Hacıbəyli -125” beynəlxalq festivalı, silsilə konsertlər, plenum, elmi-praktik konfranskitab təqdimatları beynəlxalq ictimaiyyət tərəfindən dahi bəstəkarın yubileyinə layiqli töhfə kimi qiymətləndirilmişdir.

   Musiqi mədəniyyətinin inkişafında görkəmli xidmətləri olan bəstəkarların və musiqişünasların xatirəsinin anılması, onların şərəfinə elmi konfransların, xatirəkonsertlərin, festivalların təşkili gözəl bir ənənəyə çevrilmişdir. Ötən beş ildə M.Maqomayevin, A.Zeynallının, Q.Qarayevin, F.Əmirovun, Niyazinin, T.Quliyevin, V.Adıgözəlovun, C.Cahangirovun, S.Ələsgərovun, E.Sabitoğlunun, Ə.Cavanşirovun, Ə.Hüseynzadənin, M.Cavadovun, həmçinin görkəmli musiqişünas-alimlər R.Məmmədova və Z.Səfərovanın yubiley tədbirləri, T.Ha-cıyev, M.Quliyev və E.İbrahimovanın xatirə gecələri musiqi həyatımızı zənginləşdirmişlər.

   Musiqişünaslığımızın klassikləri M.S.İsmayılov və E.Abasovanın xatirəsinə həsr olunmuş konfranslarda maraqlı elmi məruzələr dinlənilmişdir. Dəyərli hadisələrdən birixalq artistləri T.Bakıxanovun və A.Rzayevin yubileylərinə həsr olunmuş festival, elmi-praktik konfrans və konsertlərdir. Sevimli bəstəkarlarımızdan M.Mirzəyev, R.Mirişli, Ş.Axundova, S.İbrahimova, F.Əlizadə, R.Əliyev, E.Dadaşova, M.Cəfərov, S.Qəmbərov isə öz yubiley konsertlərinə yeni əsərlər təqdim etmişlər.

   Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də bir çox nailiyyətlər qazanılmışdır. İttifaqın Ukrayna həmkarları ilə birlikdə həyata keçirdikləri festivallar, müəllif konsertləri, konfranslar, mədəniyyət günləri, premyeralar, yaradıcılıq diskussiyaları beynəlxalq əməkdaşlığın inkişafına müsbət təsir göstərmişdir. Fransada, Almaniyada, Türkiyədə, Amerikada, Hollandiyada, Orta Asiya ölkələrində Azərbaycan musiqisinə həsr olunmuş tədbirlərdə bəstəkarlarımızın əsərləri uğurla səsləndirilmiş, festivallarda respublikamızı orta və gənc nəsil bəstəkarlar layiqincə təmsil etmişlər. Xarici əlaqələrin genişlənməsində ittifaqın sədri, professor F.Əlizadənin əsərlərinə beynəlxalq marağın artmasını, xaricdəki uğurlu müəllif konsertlərini, premyeralarını xüsusilə qeyd etməliyik.

   İttifaqın təşkilati strukturu bölgələri də əhatə edir. “Bəstəkarlar İttifaqının bölgə təşkilatları” fəsli məhz bu təşkilatların nailiyyətləri haqqındadır. Qeyd olunur ki, ABİ-nin respublika üzrə beş bölgə təşkilatı açılmışdır: Naxçıvan, Şuşa, Gəncə, Lənkəran, Şəki. Onların fəaliyyəti ötən dövrdə məhsuldar olmuş, qurultaylararası plenumlar, konsertlər, görüşlər keçirilmişdir. Bölgə təşkilatlarında səmərəli aparılmış, normal fəaliyyətləri üçün bütün maddi və mənəvi şərait yaradılmış, əsərləri qurultayplenumlarda ifa olunmuşdur.

   “Bəstəkarlarımızın uşaqlara töhfələri”, “Gənc nəslin yaradıcılığı”, “Elmi-praktik konfranslar”, “Təqdimatlar” və digər bölmələrdə ABİ-nin müvafiq istiqamətlərdə çoxsaylı tədbirlərindən bəhs olunur. “Gənclik - gələcəyin səsi”, “Gənclər avanqardda”, “Gənc bəstəkarların plenumu”, “Gənc bəstəkarların müsabiqələri”... Uşaqların musiqi tərbiyəsinə həsr olunmuş konsertlər, görüşlər, müsabiqələr... Qurum üzvlərinin “Azərbaycan musiqi tarixi”, “Azərbaycan mu-ğam-dəstgahları və zərbi-muğamları”, “Azərbaycan Bəstəkarlar İttifaqı”, “Ramiz Mustafayev”, “F.Əlizadə musiqisinin fəlsəfi dünyası”, “İslam ənənəsi və Azərbaycan musiqisi” kitablarının təqdimat mərasimləri... Bir sözlə, bu nəşr vasitəsilə son beş ildə musiqi mədəniyyətinin bir çox yenilikləri və nailiyyətləri haqqında maraqlı məlumatlar əldə etmək mümkündür. Kitabın tərtibində zəngin foto materiallarından da istifadə olunmuşdur.

  

 

   Ariz Abduləliyev,

   Ü.Hacıbəyli adına Bakı Musiqi

   Akademiyasının dosenti, musiqişünas

 

  Mədəniyyət.- 2013.- 30 yanvar.- S. 12.