Naxçıvanda musiqi və bədii sənətkarlıq məktəbinin yeni binası istifadəyə verilib

 

   Naxçıvan şəhərində Ərtoğrol Cavid adına uşaq musiqi və bədii sənətkarlıq məktəbinin yeni binası istifadəyə verilib. Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəbin kollektivini təbrik edərək onlara uğurlar arzulayıb. O, muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin fəaliyyət göstərdiyini, son illərdə 20-dən çox tədris ocağının binalarının yenidən inşa olunduğunu və əsaslı təmir-bərpa edildiyini deyib.

   Məktəblə tanışlıq zamanı direktor Əbülfət Babayev məlumat verib ki, tədris müəssisəsində 310 şagirdin təhsili ilə 78 müəllim məşğul olur. İkimərtəbəli binada 21 sinif otağı, kitabxana, konsert zalı istifadəyə verilib, Ərtoğrol Cavidə həsr olunmuş fotoguşə yaradılıb. Məktəbdə xalq çalğı alətləri, fortepiano, simli alətlər, rəsm və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Məktəbə yeni verilmiş fortepiano və digər musiqi alətləri dərslərin yüksək səviyyədə təşkilinə şərait yaradır. Kitabxanada 500-dən artıq tədris vəsaiti və musiqi ədəbiyyatı toplanıb.

   Mərasimdə şagirdlərin ifasında musiqi nömrələri səsləndirilib, rəssamlıq sinfinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış olub. Şagirdlər Üzeyir Hacıbəyli, Ərtoğrol CavidOktay Rəcəbovun əsərlərindən nümunələr ifa ediblər.

  

 

   Ceyhun

 

  Mədəniyyət.- 2013.- 30 yanvar.- S. 7.