Görkəmli memarın 80 illiyi qeyd edilib

 

Azərbaycan Memarlar İttifaqında görkəmli memar İlham Əliyevin 80 illik yubileyi qeyd edilib. Xatirə gecəsində onun Azərbaycan memarlığının inkişafında xidmətləri xatırlanıb.

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə sənətkarın fəaliyyətindən söz açıb. Bildirib ki, o, uzun illər Azərbaycan Memarlar İttifaqına rəhbərlik edib, gənc kadrların hazırlanmasında böyük işlər görüb. Əsərlərində milli ruha koloritə üstünlük verən sənətkarın elmi axtarışları bu günümüz üçün aktualdır.

Memarın həyat yoldaşı və qohumları onun xatirəsinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

 

Mədəniyyət.- 2014.- 9 aprel.- S. 2.