Gənc ifaçıların konserti

                  

Aprelin 8-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc ifaçıların təqdimatında” silsiləsindən ikinci konsert keçirildi. Konsert Bəstəkarlar İttifaqının 80 illik yubileyi münasibətilə təşkil edilmişdi.

İttifaqın katibi, bəstəkar, Əməkdar incəsənət xadimi Cəlal Abbasov konsertdən öncə çıxış edərək qurumun fəaliyyətindən söz açdı. Bildirdi ki, Bəstəkarlar İttifaqı hər zaman gənc musiqiçilərə dəstək verib, onların konsertlərini təşkil edərək yaradıcılıq uğurlarının artmasına yardımçı olub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Leyla Zöhrabova çıxış edərək bildirdi ki, “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc ifaçıların təqdimatında” silsiləsindən birinci konsert ötən ilin dekabrında olub. O, layihənin həyata keçməsində ABİ-nin sədri, professor Firəngiz Əlizadənin rolunu xüsusi qeyd etdi.

Sonra söz gənc ifaçılara verildi. Konsert proqramında Asəf ZeynallınınÖlkəmromansı, Qara Qarayevinİldırımlı yollarlabaletindənRəqs”, piano üçünTsarskoe selo heykəli”, Fikrət ƏmirovunElegiya”, Tofiq QuliyevinKiçik skertsoəsərləri səsləndirildi. Eləcə Əşrəf AbbasovunQaraca qızbaletindən vals, Azər DadaşovunLütfviolonçel piano üçün poema, Süleyman Ələsgərovun piano üçünRəqs tokkata”, Samir ƏliyevinKölgələrin oyunu” piano üçün prelüd başqa əsərlər ifa olundu.

Leyla Dadaşova, Adilə İbrahimli, Əsmər Qəhrəmanova, Rüfət Kərimli, Eldəniz Ələsgərzadə, Nilufər Qədirzadə başqa gənc ifaçıların çıxışı maraqla qarşılandı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 9 aprel.- S. 3.