Növbəti jurnalist müsabiqəsinə
yekun vuruldu
Aprelin
23-də paytaxtın Sabunçu
Rayon İcra Hakimiyyəti
və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun birgə təşkilatçılığı
ilə «Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın
inkişaf etdirilməsi»
mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən
rayon İcra Hakimiyyətinin
başçısı Adil
Vəliyev ictimaiyyətin
media nümayəndələri ilə bu formatda
görüşünün əhəmiyyətini vurğulayıb,
rayonda fəaliyyət
göstərən təhsil,
səhiyyə, mədəniyyət
və digər sosial obyektlər barədə məlumat verib.
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun iştirakı ilə bu qəbildən
olan tədbirlərin artıq ənənəvi
xarakter aldığını
bildirib. O, Azərbaycan mediasının inkişaf
yoluna geniş nəzər salaraq, Prezident İlham Əliyevin bu
sahədə gördüyü
işlərdən danışıb.
Çıxışlardan sonra
rayon İcra Hakimiyyəti
və KİVİDF-nin birgə keçirdiyi «Sabunçu rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və perspektivlər» mövzusunda müsabiqənin qalibləri
mükafatlandırılıb. Təltif olunanlar
arasında «Mədəniyyət» qəzetinin əməkdaşı
Fəxriyyə Abdullayeva da
var.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 10.