“Xalqa
bağlanan ömür”
Aprelin 24-də Tərtər
rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) ulu
öndər Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirdə MKS-nin xidmət şöbəsinin müdiri Şəlalə Əliyeva ümummilli liderin həyat
və fəaliyyətinə həsr edilmiş
geniş məruzə oxuyub,
dahi rəhbərin ömrünün
səhifələri bir daha
vərəqlənib. İştirakçılar “Xalqa bağlanan ömür” başlığı altında kitab sərgisi ilə tanış olublar. Tədbirdə mədəniyyət
işçiləri Mirzə Məmmədov, Ulduzə Qurbanova, Ətrabə Süleymanova,
Reyhan İsmayılova, Sevda
İsgəndərova çıxış ediblər. Ulu öndərə həsr edilmiş
şeirlər səsləndirilib.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 10.