“Bacarırsansa, xilas et...”
“Vienna Art
Center Baku”nun rəhbərliyinin dəstəyi ilə
“Bacarırsansa, xilas et:
rəssamlar xəstə uşaqlara” xeyriyyə
auksionu keçirilib. Aksiyada 36 rəssam iştirak
edib. Onların auksiona
hədiyyə etdikləri əsərlərin
satışından 6600 manat toplanıb. Bu məbləğ “Uşaqların xoşbəxt
gələcəyi” təşkilatına təqdim olunaraq, ürək qüsuru
olan Səda Vəlilinin Kiyev
şəhərində təcili cərrahi əməliyyatına
ayrılıb.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 10.