“Mən gözəl bir may səhəri doğuldum”
Aprelin
18-də Beynəlxalq Abidələr
və Tarixi Yerlər Günü münasibətilə Göyçayda
Rəsul Rzanın ev-muzeyində “Mən gözəl bir may səhəri doğuldum” adlı ədəbi-bədii
tədbir keçirilib.
Xalq şairinin
həyat və yaradıcılıq məqamlarının
vərəqləndiyi tədbirdə
məktəblilərin iştirakı
ilə maraqlı kompozisiya da təqdim olunub.
Mərasimi muzeyin direktoru Solmaz Həsənova açaraq Rəsul Rza poeziyası, onun qüdrəti, ədəbiyyatımızdakı yeri barədə qonaqlara ətraflı məlumat verib. Onun uşaqlıq və ilkin gənclik illərinin keçdiyi ev, onunla
bağlı xatirələrlə
dolu əşyalar, muzeyin fondu, orada qorunan nümunələr
barədə danışıb.
Məktəblilərə örnək həyat
və yaradıcılıq
yolu keçmiş şairin uşaqlıq illəri ilə bağlı qələmə
alınan, kitablarda çap olunan, dilləri dolaşan xatirələrindən məqamları
yada salıb.
Sonra
rayon məktəblərinin rus bölməsində təhsil alan
şagirdlərin ifasında
şairin rus dilinə tərcümə
olunmuş şeirlərindən
ibarət kompozisiya təqdim olunub, sözlərinə bəstələnən
musiqilər səsləndirilib,
rəqs nümunələri
nümayiş etdirilib.
Həmidə
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 10.