O, dan ulduz kimi parladı...

 

Elmira Hüseynova heykəltəraşlıq sənətinə böyük töhfələr verib

 

Rəssamlar çəkdiyi rəsmlərdə, heykəltəraşlar yonduqları heykəllərdə, ədiblər isə yazdıqları əsərlərdə həm qəhrəmanlarını, həm özlərini əbədiləşdirirlər. Sənətin, yaradıcılığın spesifik cəhətlərindən biri elə bundan ibarətdir. Ömrünü sənət ömrünə calayan tanınmış heykəltəraş, respublikanın Əməkdar rəssamı Elmira Hüseynova (1933-1995) da yaratdığı əsərlərlə sənətsevərlərin yaddaşına köçüb.

Elmira Mehralı qızı Hüseynova 1933-cü ildə Bakıda anadan olub. Erkən yaşlarından rəsm çəkməyə maraq göstərir, rəssamlıq təhsili almaq üçün ciddi çalışır. Beləliklə, 1954-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1960-cı ildə isə İ.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq Memarlıq İnstitutunu bitirir. 1957-ci ildən ölkəmizdə ittifaq respublikalarında təşkil olunan sərgilərdə iştirak edir.

Elmira Hüseynovanın müxtəlif səpkili əsərləri plastik formaların lakonikliyi kompozisiyanın orijinallığı ilə fərqlənir. Onun fərqli peşə sənət sahiblərinin monumental, heykəl, portret, büst, barelyef s. bir-birindən maraqlı əsərlərinə diqqət yetirəndə sənətkarın dərin müşahidəçilik qabiliyyətinin, predmetə professional yanaşmasının şahidi oluruq. Sənətkar obrazını yaradacağı elm mədəniyyət xadimlərinin, müharibə qəhrəmanlarının, sadə əmək adalarının peşəsinə yaxından bələd olması, onların daxili aləmini, düşüncə hisslərini, xarakterinikəşfedəndən sonra əsəri yaratmağa başlayırdı. Bunun da nəticəsində əsərlər mükəmməl inandırıcı alınırdı. Bu əsərlərə tamaşa edənlər yeni nəfəs, fərqli yozumla qarşılaşırlar.

Elmira xanım eyni zamanda monumental heykəltəraşlıq sahəsində fəaliyyət göstərib özünəməxsus dəst-xət nümayiş etdirib. Onun 1967-ci ildə görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş sərgidə təqdim etdiyi xatirə lövhəsi kompozisiya bədii keyfiyyətləri ilə tamaşaçıların marağına səbəb olub. Müəllif əsərdə böyük ədibin görkəmini dəqiq, dinamik, işıq kölgə effektlərini harmonik şəkildə bütövləşdirə bilib.

Heykəltəraşın müxtəlif illərdə ərsəyə gətirdiyi bir-birindən maraqlı nümunələr ideya-sənətkarlıq cəhətdən mükəmməlliyi ilə seçilir. Müəllif əsərlərini əsasən tunc, daş, mərmər, keramika, gips, ağac epoksid qatrandan hazırlayırdı. Daha çox ağac üzərində işləyirdi ağacın bütün sirləri ona məlum idi. Bu da onun işlərinə xüsusi bir gözəllik bəxş edirdi. OnunKolxozçu qız”, “Fəhlə”, “Ailəkompozisiyası, “Rəsul Rza”, “Cəfər Cabbarlı” (1966-cı ildə Sumqayıtda qoyulub), “Taxılçı”, “Qızımın portreti”, “Polşalı tələbə qız”, “Sevgi obrazı”, “Hər şey cəbhə üçün”, “Neftçilər”, “Əsmərin portreti”, “Rejissor Tofiq Kazımovun xatirəsinə”, “Akademik M.Cəfərovun portreti s. əsərləri Azərbaycan heykəltəraşlığına verdiyi töhfələrdir.

Elmira Hüseynovanın yaradıcılığında ana, övlad, ümumilikdə ailə sevgisi əsas yer tutur. Müəllif 1963-cü ildə hazırladığıAiləkompozisiyasında ata anasının başını özünə tərəf çəkib, öz başını da anasının başına söykəyən qızcığaz təsvir olunub. Əsərdə müəllifin bir ömrün yaşantılarını canlandıra bilmək bacarığını müşahidə edirik.

Sənətkarın zəngin irsini göz önündə canlandıranda onun Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə, incəsənətinə böyük töhfələr verən görkəmli şəxsiyyətlərə sonsuz rəğbətini görürük. Bu cəhətdən müəllifin diqqətəlayiq əsərlərindən biri görkəmli maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin Azərbaycan Milli Ensiklopediyasının binası qarşısında ucaldılan abidəsidir. Tunc qranitdən hazırlanmış bitkin kompozisiya obrazın xarakter keyfiyyətlərinin ustalıqla açılmasının sənət nümunəsidir. Abidədə xalqının maariflənməsi yolunda böyük xidmətlər göstərən vətən oğlunun nəsillərə örnək şəxsiyyəti yüksək sənətkarlıqla işlənmişdir.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr etdiyi portretdə obrazın qabarıq təqdimatı, səciyyəvi üz cizgilərinin yaddaqalan tərzdə göstərilməsi xüsusilə maraq doğurur. Sənətkar şəxsiyyətinin bütövlüyü, daxili dünyasının zənginliyi dolğun şəkildə təsvir olunur.

Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun büstü Elmira Hüseynovanın yaratdığı ən mükəmməl əsərlərdən biridir. Burada teatr sənətimizə böyük töhfələr verən rejissorun sənətkar imici ilə nümunəvi şəxsiyyəti vəhdət təşkil edir. Qeyd edək ki, Elmira xanım xüsusilə bu əsərin materiala köçürülməsini çox arzulayırdı...

İnsanların arzusu heç vaxt bitib tükənmir. Xüsusilə sənətkarlar daim yeniliklərin eşqi ilə yaşayırlar. Yaxşı xatırlayıram, o, xəstəxanaya getməmişdən əvvəl telefonla danışdıq... qədər arzuları yarımçıq qaldı...

Hamı tərəfindən sevilirdi, sənətdə seçilirdi. O, dan ulduzu kimi parladı, işıq saçdı. İncəsənətimizin zənginləşməsinə, Azərbaycan heykəltəraşlığına yeni səhifələr bəxş etdi. Elmira Hüseynovanın yaradıcılıq axtarışlarının uğurlu nəticəsidir ki, bu gün onun əsərləri Bakı Sumqayıt şəhərlərində küçə meydanlarda qərar tutub, həmçinin Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında şəxsi kolleksiyalarda saxlanılır.

Həssas qəlbli, zəngin mənəviyyatlı, insanların könül dünyasını dinləyən görkəmli heykəltəraş 23 yanvar 1995-ci ildə vəfat edib. Zəngin yaradıcılıq mirası ilə tanış olan hər kəs onun sənətinin sehrinə düşür, sənətkar ömrünün əbədiliyinə inanır...

 

Elmira Məsimli,

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 12.