“Görüş
yeri hər yerdə”
Azərbaycanlı
şair Rusiyada ədəbiyyat
mükafatına layiq görülüb
Aprelin 22-də Moskvada “Russkaya premiya” (“Rus mükafatı”) beynəlxalq ədəbiyyat mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib. Bu mükafata xarici ölkələrdə rus dilində yazan yazıçıların əsərləri layiq görülür.
Mərasimə müsabiqənin müəllifi və rəhbəri Tatyana Voskovskaya mükafatın rəsmi tərəfdaşı olan “B.N.Yeltsin - Prezident Mərkəzi” Fonduna minnətdarlığını bildirib.
Təltif olunanlar arasında Azərbaycandan gənc şair Nicat Məmmədov da var. O, “Görüş yeri hər yerdə” adlı şeir, esse və müsahibə
məcmuəsinə görə
“Poeziya” nominasiyasında
üçüncü yerə
layiq görülüb. Kitab “Russkiy
Qulliver” nəşriyyatı
tərəfindən mükafata
təqdim olunub.
Mərasimdə iştirak edən
Azərbaycanın Rusiyadakı
səfirliyinin humanitar
məsələlər üzrə
müşaviri Nigar Axundova gənc azərbaycanlı şairin
belə bir mükafata layiq görülməsinə görə
qürur hissi keçirdiyini deyib: “Bu həm də Azərbaycanda rus dilinə, rus ədəbiyyatına və
rus mədəniyyətinə
göstərilən hörmətin
əlamətidir”.
Mərasimi “Baku” jurnalının piar məsələləri
üzrə direktoru, “Nə? Harada? Nə zaman?” televiziya oyununun tanınmış iştirakçısı Rövşən
Əsgərov aparıb.
“Russkaya premiya”
beynəlxalq ədəbiyyat müsabiqəsi 2005-ci ildə təsis
edilib.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 14.