“Təmiz kənd”
sorağında
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirir. Layihə çərçivəsində birliyin üzvləri aprelin 19-21-də Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində əhali ilə görüşüblər. Layihə sosial, iqtisadi və mədəni səviyyəsi eyni olmayan bu üç kəndin timsalında ekoloji təmiz və etnoqrafik baxımdan cəlbedici kənd mühitinin yaradılmasına və bu kəndlərin başqa kənd yerlərinə nümunə olmasına yönəlib. Görüşlərdə yerli icma nümayəndələri ekoloji durum, adət-ənənələr, unudulmuş təsərrüfat sahələrinin bərpası ilə bağlı öz fikirlərini bildiriblər.
Növbəti mərhələdə ekspertlər
vəziyyəti qiymətləndirdikdən sonra
həmin kəndlərin bələdiyyə işçiləri
üçün maarifləndirici təlimlər
keçiriləcək. Daha sonra kənd ictimaiyyəti nümayəndələrindən
ibarət könüllü qruplar yaradılacaq, ekspertlərin təlimatları
əsasında kəndlərdə ekoloji mühitin qorunması üçün
işlər görüləcək.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 15.