“Min bir gecə” Rusiya səhnəsində
Aprelin 22-də Rusiya
Federasiyasının Çuvaş
Respublikasında beynəlxalq
balet festivalı başlayıb. Bu il
18-ci dəfə keçirilən
festival böyük Azərbaycan
bəstəkarı Fikrət
Əmirovun “Min bir gecə” baletinin nümayişi ilə açılıb.
Azərbaycan bəstəkarının dünyaca
məşhur əsərinin
Çeboksarı şəhərindəki
Çuvaş Dövlət
Opera və Balet Teatrında premyerası baletmeyster və librettonun müəllifi
David Avdışin, quruluşçu
rəssam Anna Ustinovanın
təqdimatında böyük
anşlaqla baş tutub. Yerli mətbuatın yazdığına
görə, səhnəyə
ən böyük gül səbətləri
Çuvaş Respublikasının
rəhbəri Mixail İqnatyevin və regionun Azərbaycan diasporunun adından gətirilib.
Aprelin 24-də Fikrət
Əmirovun “Min bir gecə”
baleti festival çərçivəsində
təkrar nümayiş etdirilib.
Festivalın proqramına Corc Bayronun eyniadlı poeması əsasında səhnələşdirilmiş
“Korsar”, Pyotr Çaykovskinin “Sonalar gölü” tamaşaları da
daxildir.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 16.